İsveçrənin Bazel şəhərində keçiriləcək "Avroviziya 2025" Mahnı Müsabiqəsində iştirak etmək hüququ qazanan ilk ifaçı Kiprdən Teo Evansdır.
Paytaxt Nikosiyada anadan olan Teo 7 yaşından müğənni və rəqqas kimi sənət karyerasına başlayıb.
Teonun uşaqlığı rəqs dərsləri, məktəb xorunda mahnı oxumaq və bir çox teatr tamaşasında iştirak etməklə keçmişdir. Yetkinlik yaşına çatdıqda isə ABŞ-yə, Boston şəhərinə tanınmış Berkli Musiqi Kollecində musiqi təhsili almaq üçün Massaçuets ştatına köçüb.
O, Farel Uilyams, Con Legend və Castin Timberleyk kimi böyük ifaçılarla səhnəni paylaşıb.
Müğənni 2021-ci ilin iyul ayında "The Wall" adlanan ilk sinqlını buraxıb. Onun üslubuna nəzər yetirsək, Aralıq dənizi popunun qarışığı, tünd çaşqın tonlar və təzə müasir pop füzyonunu görə bilərik.
Teo 2017-ci ildə Hoviqin "Gravity" mahnısından sonra ölkəni Avroviziyada təmsil edən ilk Kipr əsilli ifaçı olacaq.
Xatırladaq ki, bu füsunkar ada ölkəsini ən son Avstraliyaəsilli Silia Kapsis "Liar" adlı mahnı ilə təmsil etmiş və böyük finalı 78 xalla 15-ci pillədə tamamlamışdır.
Comments