
Avroviziya 1974 Mahnı Müsabiqəsinin qalibi "ABBA" qrupunun qələbəsindən 50 il ötür.
Qrup həmçinin 2005-ci ildə keçirilən Avroviziyanın 50 illik xüsusi buraxılışının da qalibi olmuşdu. "ABBA" səhnədə "Waterloo" oxuyarkən Stiq Anderson yəqin ki, Napaleon ilə Avroviziyada qalib olacağıq deyə düşümüşdü.
Tarix 6 aprel 1974–Böyük Britaniyanın Brighton qəsəbəsində 19-cu Avroviziya Mahnı Müsabiqəsinin finalı. "ABBA" İsveç adına gərgin bir mübarizəyə qoşulmuş və 8-ci nömrə altında çıxış edirdi.
Onlardan daha əvvəl çıxış edən rəqibləri demək olar ki, ötən illərdən heç də fərqlənməyən çıxışlar təqdim etmişdi. Dövrün standartlarından kənar olmayan mahnılar, səhnə geyimləri və xareoqrafik çıxışlar.
Sadəcə Stiq Anderson imzalı bu qrup hər bir yönü ilə diqqət cəlb edir, nəzərləri öz üzərində toplamağı bacarırdı.
Anderson demək olar ki, qrupun arxasında duran gizli bir gücü idi. O, həm də "ABBA" adının ixtiraçısıdır. Qrup üzvlərinin adlarının baş hərfindən ibarət olan və deyilişi hər dildə rahatca səslənən adı o tapmışdı.
70-ci illər Avropada İsveç dünya musiqi platformasına qatqısı olmayan kiçik bir ölkə idi. Bu halda onlar üçün dünya səhnəsinə addım atmaq asan olmasa da, onların niyyəti bu imkansızı bacarmaq idi. Avroviziya Mahnı Müsabiqəsi isə onların fikrinə görə bu hədəf üçün yaxşı bir tramplin rolunu oynayırdı.
"ABBA" yaranana qədər qrup üzvləri ayrı-ayrılıqda öz musiqi karyerasını qurmuş gənclər idi.
Nəhayət Byorn Ulveus, Benni Andersson, Aqneta Feltskoq və Anni-Frid Linqstadın bir araya toplanması ilə dünyaca məşhur qrup yaranmışdı.
Onların məqsədi ilk növbədə Avroviziya Mahnı Müsabiqəsində qalib olmaq yox, hazırladıqları çıxışı dünyaya nümayiş etdirmək idi. Bunun üçün ilk öncə mahnının musiqisi yazıldı. Benni Anderson və Byörn Ulvaeus İsveçdə Viggsö adasında kiçik bir studiyada təsirli bir melodiya axtarırdılar. Ərsəyə gətirdikləri bir melodiya Stiq Andersonun diqqətini cəlb etmiş və onun üçün sözlər yazmağa başlamışdı. Mahnıya əvvəlcə "Honey Pie" adı veriləcəkdi. Daha sonra fərqinə vardılar ki, keçmiş Avroviziya mahnılarının adlarından çox fərqlənməyən bu ad diqqət cəlb etməyəcək. Çünki, bu adlı onlarla sevgi mahnısı var idi. Onların məqsədi hər bir addımda təkrarsızlıq idi.
Stiq Anderson evində mahnının sözlərini yazmağa başlarkən ağlına daha əvvəl istifadə etdiyi bir kitab gəldi. Tarixdə iz qoymuş insanların sözlərindən ibarət olan "The Book of Famous Quotes" kitabını vərəqlərkən Napoleonun sözləri onun diqqətini cəlb edir. Napoleonun sonunu gətirən və hakimiyyəti dövründə məğlub olduğu ilk döyüşün adından ilhamlanaraq mahnının adının "Waterloo" olmasına qərar verdi.
Mahnının adından ilham alan Stiq Anderson üçün işin geriyə qalanı rahat olacaqdı. Bu mahnının icması sevgiyə məğlub olmuş bir qadının öz dilindən ifadə etdiyini hekayəsidir. Daha sonra mahnı böyük həyəcanla studiyada yazıldı.
Anderson onları səhnədə daha ön plana çıxarmaq üçün rəngli kostyum geyinməyə razı salmışdı. Hətta orkestra şefi Sven Olof Walldoff Napoleon kostyumu ilə səhnəyə çıxacaqdı.
Nəhayət "ABBA" dövrünün ən fərqli çıxışını etdi və Brayton səhnəsində çıxışları zamanı salon coşmuş, alqış səsləri, dəstək təzahüratları qrupa "Bacardıq!" düşüncəsini yaşatmışdı.
Avroviziyada istər qalib olsunlar istərsə də yox, onlar artıq məqsədlərinə çatmış və bütün dünyanın diqqətini öz üzərlərinə toplamağı bacarmışdı.

"ABBA" təkrarsız, rəngarəng və dövrünün ekstravaqant çıxışı ilə Avroviziya 1974 Mahnı Müsabiqəsinin qalibi oldu və dünya səhnəsinə verəcəkləri töhfə "Waterloo" ilə başladı.