top of page

Ad günündə vəfat edən aktrisa

Sahil Məmmədov

Aktrisa Çimnaz Sultanova vəfat edib. Oz 45 yaşında bağırsaq xərçəngindən dünyasını dəyişib. Son iki ayda ağır xəstəlikdən əziyyət çəkirmiş və 2021-ci ildən etibarən mütəmadi olaraq müalicə alıb.


Keçən ilin oktyabrından isə xəstəlik daha ağır vəziyyət alıb. 2025-ci il yanvarın 15-də öz ad günündə dünyasını dəyişib. Mərhum Əmircan qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.


Qeyd edək ki, Çimnaz Sultanova 15 yanvar 1980-ci ildə Bakıda anadan olub. "Vicdan haqqı", "Sənə inanıram", "Bayram axşamı" kimi bir sıra serial və filmlərdə rol alıb. Onu Azərbaycan tamaşaçısına isə ən çox tanıtdıran "Vicdan haqqı" serialında "Larisa" obrazında olub.

bottom of page