Məşhur Britaniyalı müğənni Adel, musiqi karyerasına fasilə verdiyini açıqladı. Almaniyanın ZDF telekanalına müsahibə verən qlobal ulduz, yeni musiqi ilə bağlı heç bir planının olmadığını bildirdi.
"Yeni musiqi ilə bağlı heç bir planım yoxdur. Məşhur olmağı xoşlamıram."—deyə müğənni qeyd etdi.
Adelin bu açıqlaması, pərəstişkarları arasında qarışıq reaksiyalara səbəb olub. Bir çoxları onun yeni mahnılarını gözləyərkən, bəzi pərəstişkarları isə onun qərarına dəstək verirlər.
Comments