top of page
İsa İbrahimov

Ara şoularda kimlər çıxış edəcək?

68-ci Avroviziya Mahnı Müsabiqəsinin yarımfinal mərhələləri zamanı tamaşaçıların zövq ala biləcəkləri ara şoularının təfərrüatları açıqlandı.



Birinci yarımfinalda İsveçi 2018-ci ildə təmsil edən Benjamin İnqrosso bizə "Better Days" turu çərçivəsində bu yaxınlarda bütün Avropada ifa etdiyi bəzi mahnılarını təqdim edəcək. Onu səhnədə 21 rəqqas müşayət edəcək. Qeyd etmək lazımdır ki, Benjamin İnqrosso 2006-cı ildə "Liliac Melodifestivalen"-i, 2018-ci ildə isə "Melodifestivalen"-i qazanaraq İsveçi Avroviziyada təmsil etmək hüququ əldə etmiş və finalda 7-ci yerdə qərarlaşmışdır. İnqrosso 2017-ci ildə "Melodifestivalen"-də iştirak etsə də, finalda sadəcə 5-ci yerlə kifayətlənmişdir.


İkinci yarımfinalda isə bizi üç məşhur Avroviziya ulduzunun çıxışı gözləyir. Helena Paparizu, Sərtab Ərənər və Şarlotte Perrelli gecəni unudulmaz etmək üçün bir araya gələcək.


Foto: Tryfonas Nakis

Helena Paparizu Yunanıstanı Avroviziyada iki dəfə təmsil edərək, 2001-ci ildə "Antique" qrupunun solisti olaraq "I Would Die for You" adlı mahnı ilə üçüncü və 2005-ci ildə isə "My Number One" adlı mahnı ilə qalib olmuşdur.


Foto: Mikael Kenta

Şarlotte Perrelli İsveçi Avroviziya Mahnı Müsabiqəsində iki dəfə, 1999-cu və 2008-ci illərdə təmsil etmişdir.1999-cu ildə "Take Me to Your Heaven" adlı mahnı ilə Avroviziyanı qazanan Perrelli 2008-ci ildə "Hero" adlı mahnı ilə finalda sadəcə 18-ci yerdə qərarlaşmışdır.



Foto: Erdi Doğan

Sərtab Ərənər 2003-cü ildə Avroviyada Türkiyəni "Everyway That I Can" adlı mahnı ilə təmsil edərək qalib olmuşdur.

Comments


bottom of page