İki dəfə təmsilçi, bir dəfə də bəstəkar olaraq Avroviziyada qalib gəlmiş Coni Loqanın builki müsabiqənin birinci yarımfinal mərhələsində interval akt qismində çıxış edəcəyi rəsmən təsdiq olundu.
Coni Loqan özü də bu açıqlamanı edib:
"Mayın 7-də Malmö şəhərində keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində iştirak etmək məni şərəfləndirir və həyəcanlandırır. Ölkəm adına son dəfə çıxış etmək mənim üçün çox önəmlidir və bu qərarı verən hər kəsə çox minnətdaram. Avroviziya səhnəsinə bu dəfə təmsilçi olaraq deyil, qonaq olaraq qayıtmaq üçün indidən çox səbirsizlənirəm."
Comments