68-ci buraxılışı baş tutan Avroviziya Mahnı Müsabiqəsi İsveçrənin 3-cü qələbəsi ilə yekunlaşdı. Ölkəmiz finala vəsiqə qazana bilməsə də, final həyəcanı böyük bir coşqu ilə yadda qalan oldu.
Ölkənin həvəskar və peşəkar gənclərindən ibarət populyar fan bloqu olan 12xal Fan Bloqunun təşəbbüsü ilə İsveçin Azərbaycandakı səfirliyinin təşkil etdiyi möhtəşəm final tədbiri yadda qalan məqamlar ilə adından bəhs etdirdi.
Ölkəmizdə ardıcıl ikinci dəfədir baş tutan bu möhtəşəm gecəyə "Landmark Tower" ev sahibliyi edirdi.
Bir çox tanınmış Avroviziya simaları—Nigar Camal, Dilarə Kazımova, Samirə Əfəndiyeva, Nadir Rüstəmov, Sona Əzizova, ölkənin keçmiş nümayəndə heyəti rəhbəri İsa Məlikov, daxili seçim turlarında iştirak edən Emilya Yaqubova və Qorqud müsabiqənin çılğın fanatları ilə birlikdə bu günü qeyd etdilər.
Tədbirdə 12xal komandasının hədiyəli müsabiqəsi isə gecənin müsabiqəyə yaxınlaşan saatlarını daha da hərarətli edirdi.
İştirak edən hər bir qonağa sponsorlar tərəfindən hədiyyələr təqdim edildi.
Mükəmməl təhlil olunmuş və ən əsası ürək qoyulmuş layihə üçün təşkilatçılara minnətdarlığımızı bildiririk!
Comments