Yarımfinalda yarışan ölkələrin məşqi bitdikdən sonra nəhayət ki, birbaşa finalda yarışacaq "Böyük beşlik" və ev sahibi İsveç təmsilçiləri də məşqini yekunlaşdırdı.
Barəsində söz açacağımız ilk ölkə Böyük Britaniyadır. Böyük Britaniyanı ölkəsində və ölkəsindən kənarda kifayət qədər adı çəkilən Olli Aleksandr "Dizzy" adlı mahnı ilə təmsil edir. Yayımçı kanal "BBC"nin verdiyi məlumata görə müsabiqə səsləndirəcəyi mahnının xareoqrafiyası "1985-ci ildə Qara dəlikdən Yerə doğru fırlanan kosmik gəminin göyərtəsində olan post-apokaliptik distopiya boks idman zalının soyunub-geyinmə otağı" ətrafında qurulub. Ulduzlarla dolu olan bir kosmik boşluğun əks olunduğu ledlərin qarşısında, içərisi ledlərlə tamamilə örtülmüş bir prizmaşəkilli otağın içərisində 4 boks geyimli rəqqaslarla Olli ağ-qırmızı məzmunlu səhnəsi ilə Avroviziyada tarixə düşmək üçün gəlir.
Növbəti ölkə Avroviziyada öz musiqi anlayışı ilə fərqlənən İtaliyadır. İtaliya adına "La noia" adlı mahnı ilə yarışan Ancelina Manqo performansına sanki "Game of Thrones" serialındakı taxt-tacın budaqlar və qırmızı güllərlə bəzədilmiş versiyası ilə başlayır. Led ekranlarda qırmız gül sarmaşığından istifadə edən Ancelinanı səhnədə 5 qadın rəqqas müşahidə edir. Ancelinanın səhnə geyimi isə qırmızı korset istisna olmaqla rəqqaslarla eynilik təşkil edir. Kostyumların qrafikası bir-birinə qarışmış budaqlar və çiçəklər naxışına əsaslanır və “psixedel meşə”ni oyatmaq məqsədi daşıyır. Performans fonda kaskad pirotexnika ilə başa çatır. Həm korsetin, həm də səhnənin müəllifi Məcnun Giasardır.
Növbədə ev sahibi İsveçdir. "Melodifestivalen"dəki səhnələrinə sadiq qalan əkizlər yenə işıq və led ekran şousu ilə səhnəni silkələməyə hazırdılar. Ətrafı led işıqla əhatələnmiş dar bir yerin içərisində öz performanslarını göstərən əkizləri səhnədə 4 rəqqas müşahidə edəcək. Qeyd etmək lazımdır ki, əkizlər 2023-cü ildə "Melodifaestivalen"ə qatılmış, finalda Lorinə uduzaraq ikinci olmuşdular.
Sırada ilin ən yaşlı təmsilçisi ilə təmsil olunan İspaniyadır. Sarı-narıncı məzmunlu səhnədə led ekranda maşınların sürətlə sürdüyü bir şəhər qrafikası görə bilərsiz. Kublardan istifadə edən nadir ölkələrdən olan İspaniya təmsilçisi performansa kilid formalı bir fiqurun içərisində kubun yuxarı qalxması ilə başlayır. Onu və həyat yoldaşını səhnədə iki rəqqas və bir arxa vokalist müşahidə edəcək. Pirotexnikaların istifadə edildiyi səhnənin tərtibatı İzrail Reyes və Xuan Sebastian Dominquezə məxsusdur. Xareoqrafiya isə Vero Mexiasa aiddir. Nebolussanın səhnə geyimi Ceylo, Selin Dion, Kayli Cenner, Leydi Qaqa, Kardi B kimi məhurlarla işləyən amerikalı dəb dizayneri Mişel Kostelloya aiddir. Mərkəzi hissəsi daşlarla bəzədilmiş qara-vinil korset olan səhnə geyiminin məqsədi dominatriksi oyatmaqdır. Qeyd etmək lazımdır ki, Nebolussa San Marinonu Avroviziyada təmsil etmək üçün "Una voce per San Marino" milli finalına qatılmış, amma uğur qazana bilməmişdilər.
"Böyük Beşlik" ölkələri arasında növbəti çıxış Almaniyanı təmsil edən İsaaka aiddir. O sadə qara səhnə geyimi ilə ətrafı yanan otağın içərisində kresloda oturmuş bir vəziyyətdə səhnəyə başlayır. Onun səhnə performansı Dan Şipton tərəfindən idarə olunur. Dörd rəqqasla çıxış edək ifaçının narıncı-qara məzmunlu səhnəsində pirotexnikalardan istifadə olunub.
Növbədə bu il ballada ilə təmsil olunan nadir ölkələrdən biri Fransadır. Sevgi balladası ilə Avroviziya kütləsini bir qədər xəyallar, xatirələrə, keçmişdəki gözəl anlara aparan Slimane ağ-geyimi və dumanlı səhnəsi ilə mahnısına daha da bir emosiya qatır. İfaçı son nəqarəti akapella olaraq oxuyacaq.