Birləşmiş Krallıq yazıçı Corc Oruellin ölümünün 75-ci ildönümü münasibətilə 2 funt-sterlinq dəyərində sikkə buraxmağa hazırlaşır. "1984" və "Heyvanıstan" əsərləri ilə dünya ədəbiyyatında özünəməxsus yer tutan yazıçıya həsr olunmuş sikkənin dizaynı ilə bağlı məqamlar da bəllidir.

Birləşmiş Krallıq Kral Sikkəxanasına məxsus olan sikkənin arxa tərəfində yazıçının "Böyük Qardaş səni izləyir" şüarını əhatə edən göz formalı kamera obyektivinin təsviri var. Sikkənin kənarında "Doğru olan və doğru olmayan var idi" ifadəsi Oruellin reallığın manipulyasiyası haqqında düşüncələrinə istinad verir. Hakimiyyət, sinif və cəmiyyət haqqında fikirləri hələ də rezonans doğuran Corc Ourell həm ədəbiyyatda, həm də siyasətdə aktual şəxsiyyət olaraq qalır. Yazıçıya həsr olunan sikkə 15 yanvardan etibarən satışa çıxarılacaq.