top of page

Bella Hadid İtalyan brendinin "SS 2025" kolleksiyasında

Lalə Rəhmanova


Model Bella Hadid İtalyan brendi "Mis Sixty" ilə əməkdaşlıq edib. O brendin yeni yaz-yay 2025 kolleksiyasının üzü olub. Brend yeni yayımlanan kolleksiyası üçün məşhur sima ilə retro supermarketdə fotosesiyasını təqdim edib.


"Bella Hadid güclü bir geri dönüş edir və retro supermarketdə çəkilən şəkillərlə 2025-ci ilin Yaz Kampaniyasına yeni bir perspektiv gətirir. "Mis Sixty"nin əyləncəli vintaj cazibəsini yenidən canlandıraraq, zamansız bir cazibə ilə özünün ən yaxşı versiyasını təmsil edir və italyan rahatlığını təbii şəkildə əks etdirir."—deyə brend öz rəsmi saytında açıqlayıb.


"Mis Sixty" brendi 1991-ci ildə Viki Hasan tərəfindən qurulub və Çində yerləşir. Brend ən son gündəlik cins və aksesuarlara diqqət yetirən brenddir.


Kolleksiyada dodaq basqılı köynəklər, dəri gödəkçələr və dəri çantalar da daxil olmaqla müxtəlif aksesuarlar mövcuddur. Metal tokalı kəmərlər də kolleksiyada önəçıxanlardandır.



bottom of page