top of page
İsa İbrahimov

Biyonse "NFL Performans"ı ilə dünyanı özünə heyran buraxdı

Son zamanlar “Didi skandalı”nda adı hallanan və “Thank you” sözləri ilə sosial şəbəkələrdə viral olan, 43 yaşlı amerikalı məşur ifaçı Biyonse 25 dekabr tarixində, Krismas günü, doğulduğu Texas ştatının Hyuston şəhərində "NFL Halftime" futbol oyununda əsas ulduz olaraq çıxış etdi.


Performans Biyonsenin yaratdığı “Parkwood Entertainment” və “Jesse Collins Entertainment” şirkətlərinin birgə iş birliyi nəticəsində ərsəyə gəlmişdir. Ifaçı öz performansında son albomu olan “Cowboy Carter”dən hit mahnıları ilk dəfə səsləndirməklə yanaşı, keçmiş albomlarından olan sevilən mahnılara və başqa ifaçılara aid musiqilərə də yer verdi.


Biyonse performansını son albomu “Cowboy Carter”ın əsas sinqlarından biri olan “16 Carriages” mahnısı ilə başladı. Daha sonra, Beatlesın “Blackbird” mahnısını Tanner Adell, Britney Spencer, Tierra Kennedy və Reyna Roberts ilə duet şəklində ifa etdi. Ardınca, “Cowboy Carter” albomundan “Ya Ya” mahnısını səsləndirdi və bir öncəki albomu olan “Renaissance”dan “My House” mahnısı ilə davam etdi. Daha sonra, “Spaghetti” və “Riiverdance” mahnılarını ifa etdi.




Performansın diqqətəlayiq hissələrindən biri Biyonsenin Şabozey ilə duet şəklində “Sweet Honey Buckin” mahnısını ifa etməsi oldu. Ardınca, Post Malone ilə birlikdə “Levi’s Jeans” mahnısını oxudu. Performans “Jolene” və “Texas Hold ‘Em” mahnıları ilə sona çatdı.


Bu unudulmaz performans 27 milyon izləyici yığaraq, 2001-ci ildən bəri Krismas günündəki NFL futbol oyunları arasında ən çox baxılan oyun oldu. Bu rəqəmlərə beynəlxalq baxışlar və mobil telefonlar üzərindən izləmələr daxil deyil.

bottom of page