Dünya şöhrətli mügənni Rihanna Billi Aylişlə işləmək istədiyini bildirmişdi.
Billi Aylişin “Complex” jurnalına verdiyi müsahibədə Rihannanın ona olan münasibətindən danışıb və Rihannanın dediklərini eşitdikdə əvvəl inanmadığını qeyd edib. Rihanna Billi haqqında demişdir: “Kaş ki Billi Aylişlə mahnı oxuya bilsəydim, o çox yaxşı ifaçıdır”.
Billi həmçinin bildirib ki, heç vaxt Rihanna ilə görüşməyib, lakin onun rol modelidir, o bütün zamanların ən yaxşısıdır.
Billi müsahibəsinə belə davam edib: “Məndən kimlə işbirliyi etmək istədiyimi soruşduqda çox vaxt bu suala cavab vermirəm, lakin hər zaman cavab olaraq Rihannanı düşünürəm. Heç zaman bunu dilə gətirməyəcəyəm, niyə də gətirim ki? İndiyə kimi onla əlaqəm olmayıb, hətta bəzən düşünürəm ki, o məni sevmir belə”.
Billi ilk dəfə Rihanna onun haqda danışdıqda bunu İnstagram səhifəsində heyrət içərisində izləyiciləriylə bölüşüb. Daha sonra bildirib ki, onun dediyi hər şeyi etməyə hazırdır.