13 iyul tarixində "Quality Events"in təşkilatçılığı ilə Bakıda Azərbaycan və Türkiyənin məşhur simalarından ibarət festival keçirilib.
Seçilmiş ifaçılarla yanaşı möhtəşəm dj şou, rəqs göstəriciləri insanların marağına səbəb olub.
Festivalda Türkiyənin məşhur ulduzları Emre Aydın, İlyas Yalçıntaş, Can Ozan, Mert Aydın, Aydilge ilə yanaşı Rəsul Əfəndiyev və Elvin Babazadə bir-birindən gözəl ifalarla izləyicilərə əyləncəli anlar yaşadıb.
Kulisdə yerli mətbuata açıqlama verən sənətçilər arasında İlyas Yalçıntaş "Bunu ilk dəfə söyləyirəm, 12-13 mahnıdan ibarət bir albom hazırlayırıq. Albomda qadın sənətçilərlə birlikdə duetlər də yer alacaq. Göz önündə olmağı çox sevmirəm, amma bu albomla yenidən səhnəyə qayıdacağam" deyə bildirib.
Musiqi industriyasının müxtəlif sahələrinin inkişafından söz açan Mert Aydın "Azərbaycanı çox sevirəm. 12 iyul Bakıda tanınmış DJ Mahmut Orhan çıxış edib, bu gün isə mən bu gözəl festivalın səhnəsindəyəm. Bütün dünyada DJ-lər müğənilərdən də populyar olub, böyük səhnələri fəth edir. Bu çox sevindiricidir”.
Doqquz saata yaxın davam edən festivalda 8000 izləyici əyləncənin dadını çıxarmaq üçün bir araya gəlib. Festival EGP Arenada baş tutub.
Comments