
Roz dekabrın 6-da çıxacaq albomun ilk tanıtım fotolarını
sosial media hesabında paylaşıb.
İnstaqramda həyəcanını çəkinmədən paylaşan gənc müğənni bunları yazıb:
"Haradan başlayım?
Nəhayət ilk albomumu sizə elan etdiyimə hələ də inana bilmirəm. Keçən il, 1 il ərzində davam edən turumuz başa çatdıqda özümü Los-Ancelesdə bir sessiyada tapdım. Bu, 1 il studiyada və xaricdə olmağıma, yeni tanış olduğum mahnı müəllifləri və prodüserlərlə mahnı yazmağıma səbəb oldu. Karyeramın növbəti fəslini anlamağa çalışırdım. Çox gecələr çaşqın halda yatırdım və özümü itirirdim. Amma əziz dostlarımın, ailəmin, komandamın və əlbəttə ki, bir nömrəli fanatlarımın köməyi ilə bu gün burada oturub albomumun buraxılış tarixini elan etməyə həyəcanlanıram. Buna qanımı, tərimi, gözyaşlarımı tökdüm. Bu kiçik gündəliyimi dinləməyiniz üçün səbirsizlənirəm.
Rozi – dostlarım və ailəm mənə belə səslənirlər. Ümid edirəm ki, bu albomla mənə özünüzü daha yaxın hiss edəcəksiniz. Bu tammetrajlı albomdur. Dekabrın 6-da”.
Roz albomda 12 trek təqdim edəcəyini və təkcə albomun prodüseri deyil, həm də mahnıların müəllifi olduğunu açıqlayıb. Albom pərəstişkarlarına onun həyatına və duyğularına daha dərindən nəzər salmağı vəd edir.
Sənətçi son zamanlar solo layihəsindən əlavə, brend tərəfdaşlıqları və çıxışları, o cümlədən "Tiffany & Co.",
"Puma" ilə əməkdaşlığı
və Teylor Sviftin "Eras Tour"unda iştirak etməklə gündəmdə öz aktuallığını qoruyub.
Qeyd edək ki, bu, sənətçinin 2021-ci ildə "R" albomu ilə solo debütündən sonra ilk geri dönüşü olacaq.