top of page

Bruno Mars "Sexyy Red"lə yeni duetini təqdim etdi.

İsa İbrahimov

Bruno Mars yeni mahnısı üçün son duet oxuduğu qadın həmkarlarını bir araya gətirib.

Bruno Mars Lady Qaqa, "Sexyy Red" və "ROSE" bir yerdə yeni klipində
Bruno Mars Lady Qaqa, "Sexyy Red" və "ROSE" bir yerdə yeni klipində

Müğənni bu həftə "Fat, Juicy & Wet" adlı yeni və əyləncəli sinqlı üçün "Sexyy Red" ilə duet ifa edib və musiqi videosuna son həmkarlarını da dəvət edib. Yayımlanan klipdə Mars, "Sexyy Red", Lady Gaga və ROSÉ da videoda bir yerdə göründükdən sonra fərqli libaslarda qırmızı fon qarşısında rəqs edirdilər.



Mars həftə boyu Lady Gaga ilə oxuduğu hiti “Die With a Smile” mahnısını paylaşırdı."Die With a Smile" mahnısının artıq 3-cü həftədir ki, musiqi çartlarında birinciliyini qeyd etmək üçün yeni bir mahnının gələcəyini bildirirdi. Burada o, studiyaya getdiyini və "Sexyy Red"in diqqətini çəkməyə çalışdığını açıqladı. “Hamınıza təşəkkür edirəm! Mən indi striptiz klubu himnini düzəltmək üçün studiyaya gedirəm ki, bu həftəsonunu qeyd edib gözəl vaxt keçirə bilim”, - o, İnstaqramda yazıb. "Kimsə mənə Sexy Red ilə əlaqə saxlamağa kömək etsin!"

bottom of page