top of page
Tərlan İskəndərov

Dörd milyon funt-sterlinqdən çox qiymətə satılan kolleksiya

Cr: BBC | GETTY IMAGES

Böyük Britaniyanın kraliyət ailəsinin keçmiş gəlini, kral 3-cü Çarlızn ilk həyat yoldaşı, Vindzorlar sülaləsindən şahzadə Diananın 200-dən çox xüsusi əşyaları və gecə libasları milyonlarla funt sterlinqə satılıb.


BBC xəbər verir ki, Kaliforniya ştatında təşkil edilən xüsusi hərracda məhrum şahzadənin gecə libasları, ayaqqabıları, ailəsinə yazdığı məktublar, imzalı fotoşəkilləri, bayram təbriki kartalı yer alırdı. 1980-ci illərin still ikonuna çevrilən Diananın xüsusi gecələrdə geyindiyi libaslar 910.000 dollardan başlayan qiymətlərlə hərracda böyük dəyər görüb.


Hərracın təşkilatçısı və icraçı direktoru, auksion barədə bunları bildirib:


"Diananın doğum günündən bir neçə gün əvvəl keçirilən bu hərraca olan yüksək maraq, şahzadənin illər keçməsinə baxmayaraq hələ də, dünyanın ən sevimli və ruhlandırıcı mədəniyyət xadimlərindən biri olaraq daimi yaşayacağını göstərir."


Uels şahzadəsi ünvanı ilə tanınan Diana Françes Spenser 20-ci əsrin son 20 illiyində həm medianın həm də xalqın böyük rəğbətini qazanmışdır. Kral ailəsində xoşbəxtliyi tapa bilməsinə baxmayaraq, o Böyük Britaniya həmçinin bütün dünyada bu ailəni yaxından izləyənlərin göz bəbəyi idi. 31 avqust 1997-ci ildə keçirdiyi avtomobil qəzası zamanı həyata gözlərini yumdu. Ondan geriyə isə, iki övladı şəhzadə Henri və şahzadə Vilyam qaldı.

Comments


bottom of page