Ötən ay Qremi mükafatlarına namizədlərin adları açıqlandı. Həmişəki kimi bir çox uzun illərin ulduzları və yaxın zamanlarda məşhurlaşan ifaçılar mötəbər mükafata namizəd olaraq göstəriliblər. Lakin Britaniyalı ulduz Dua Lipa heç bir kateqoriya üzrə namizəd olmadı. Bu qərar dünyanın hər yerindən ulduz ifaçının fanatlarını məyus etdi. Baxmayaraq ki, o, bu il "Radical Optimism" albomunu yayımladı və "Training Season" mahnısı böyük rəğbət qazandı. Dua bu barədə "Billboard UK"-ə danışıb:
"Albomu buraxmaq və onun üzərindəki işlərimizlə qürur duymaq mənim üçün ən əsas məsələ idi. Mən musiqilərimin insanların həyatında necə yer tutduğunu görməkdən və albomu canlı olaraq ifa etməkdən çox xoşbəxtəm. Əlbəttə, sənaye tərəfindən tanınmaq xoş olardı, xüsusilə bir qadın sənətçi olaraq. Lakin bu il Grammy-lərdə bir çox inanılmaz qadın sənətçilərin namizəd göstərilməsini görmək məni həqiqətən sevindirir. Bu sənətçilərdən bir çoxu mənim dostumdur və mən onları tam dəstəkləyirəm."
O həmçinin əlavə edib:
"Sənət sənaye üçün deyil, insanlar üçün yaradılır. Mən həmişə buna inanıram. Bu il mənim üçün böyük bir öyrənmə dövrü oldu, çünki musiqimə və dinləyicilərimə daha da yaxınlaşdım. Onların mənim işimə olan dəstəyi mənim üçün hər şeydən üstündür."
Xatırladaq ki, ifaçı indiyə qədər iki Qremi mükafatına layiq görülüb. Hazırda isə "Radical Optimism Tour" turunun Asiya hissəsini yekunlaşdırıb və mart ayında Avropa hissəsi başlayacaq.