top of page
Bəhmən Sadıqzadə

Dua Lipa və "Yves Saint Laurent": moda və gözəllikdə yeni zirvə


Məşhur müğənni və dünya ulduzu Dua Lipa yenidən "Yves Saint Laurent" (YSL) ilə reklam kampaniyasında əməkdaşlıq edib. Buna 6 yanvar tarixində paylaşılan anonsda aydınlıq gəlib. Hələlik təfərrüatlar açıqlanmasa da iki gün içində əməkdaşlığın hansı çərçivədə olduğu təqdim ediləcək.


Dünya ulduzu və məşhur brend arasında əməkdaşlıq 2019-cu ildən bu yana hələ də davam edir. İlk dəfə "Libre" ətrinin tanıtım kampaniyasına qoşulan Dua Lipa imici və cəsarətli stili ilə brendin "azadlıq və güc" mesajını mükəmməl şəkildə əks etdirdi.

2024-cü ilin fevral ayında "YSL Beauty" onu qlobal makiyaj elçisi təyin edib. Bu rolu ilə o brendin makiyaj məhsullarının tanıtımında da iştirak edir. 2024-cü ilin mart ayında "YSL Beauty" Dua Lipanın yer aldığı yeni "Loveshine" dodaq kolleksiyasını təqdim edib. Daha sonra 2024-cü ilin sentyabr ayında brend "Libre Flowers & Flames" adlı yeni ətrini təqdim edib.


Dua Lipanın YSL ilə əməkdaşlığı sadəcə bir reklam deyil, həm də moda və gözəllikdə qlobal təsir gücünün göstəricisi sayılır. Bu əməkdaşlığın gələcəkdə moda dünyasına hansı təsirləri olacağını maraqla gözləyirik.

bottom of page