top of page
İsa İbrahimov

Dua Lipanın yeni albomu işıq üzü görüb


Cr: Tyrone Lebon

Alban əsilli ingilis müğənni Dua Lipa 4 il fasilədən sonra növbəti studiya albomu olan "Radical Optimism" adlı albomu 2024-cü il 3 May tarixində yayımladı. Sənətçi bu albom üçün Kevin Parker, Danni L Harle, Lan Kirkpatrik və Andryu Uayt kimi prodüsserlərlə işləyib. 2023-cü ilin oktyabrında instaqram hesabındakı bütün postları silən Dua yeni qırmızı saçlı imajı ilə fanlara yeni bir albomun müjdəsini verdi.



"Warner Record"un təqdim etdiyi albomdan 3 kommersiya sinqlı—"Houdini", "Training Season" və "İllusion" işıq üzü gördü. Dua albomdakı bütün mahnılarda yazar olaraq iştirak etmişdir. Əfsuslar olsun ki, məşhur sənətçi hələ də "Billboard" çartlarının ingilis müğənnilər üzərində olan tilsimini bu albomla da qıra bilmədi, müğənninin studiya albomu "Billboard 200"də 2ci pillədə, albomdakı kommersiya sinqlları olan "Houdini" 11-ci, "Training Season" 27-ci, "İllusion" isə 43-cü pillədə "Billboard Hot 100"də qərarlaşmışdır. Əlavə olaraq, "Houdini" və "Training season" "Billboard 200 Global"da uyğun olaraq 3-cü və 6-cı pillədə qərarlaşımışdılar.


18 Martda Dua albomu tanıtmaq üçün Avropada konset turu təşkil edəcəyini açıqlamışdı. Albom üçün nəzərdə tutulan konsept şəkilləri isə Tayrin Lebona aiddir.



Albomun ilk musiqi parçası "End of an Era"dır. Yay əsintilərini özündə cəmləşdirən mahnı şən, rəngli və canlı atmosferi ilə mahnını daha zənginləşdirir. "This could be end era" deyən Dua yeni bir münasibətin həyəcan dolu olduğunu, lakin bu həyəcanın uzun müddət olmayacağını bildirir. Hər bir öpüşün sevgiyə təravət gətirdiyini fikirləşən gənc müğənni həyata optimistik yanaşmağa çalışır. Mahnı insan münasibətlərinin mahiyyətini özündə cəmləşdirir—sıx və keçici, lakin bir o qədər də təsirli. Güclü temp və cazibədar melodiyaya sahib olan mahnı melanxolik sözlərlə ziddiyyət əks etdirir və bu da mahnının əsas mahiyyəti olan "Münasibətlərdə qeyri-müəyyənlik və dəyişikliyi" aydın şəkildə ifadə edir. Mahnı həmçinin şəxsi inkişafa və insanın dözümlülüyünə toxunaraq hər bir bitmiş sevgini "Böyük bir öpüşlə olunan vida" şəklində təqdim edir.



Albomda bizi ikinci mahnı, albomun ilk sinqlı kimi işıq üzü görən "Houdini" qarşılayır. Bu mahnı üçün çəkilən klip bir rəqs studiyasında Dua kimi saçları qırmızı rəngdə olan rəqqasların rəqs studiyasında göstərdikləri xareqorafiyadan ibarətdir. "Vogue" klipin 2005-ci ildə Madonnanın ikonik mahnısı olan "Hung up"ın klipinə bəzi göndərmələr etdiyini vurğulayıb. "Houdini" mahnısı Dua Lipanın bu albomundakı ən hərəktli parçalardan olub, özündə disko, R&B kimi bir çox janrları cəmləşdirir. Mahnının sözləri müğənninin tanınmış sehrbaz Harry Houdiniyə bənzədərək onu müəmmalı bir fiqur olaraq təqdim edir. Əslində mahnıda sehrbaz Houdinini metafor kimi işlədərək həyatımızdakı bir çox fürsətlərin onun sehri kimi keçici və nadir olduğunu vurğulayır. Mahnının sözləri zahirən sadə görünsə də, əslində müstəqillik və düzgün ünsiyyətin olduğu bir münasibətin incə bir balansla qoruya biləcəyimizi anladır.



Albomdakı üçüncü mahnı albomdan ikinci sinql olaraq təqdim olunan "Training season"dır. Dua Lipanın verdiyi müsahibə əsasında məlum olub ki, o, bu mahnı üçün tamamilə fərqli bir klip fikirləşirmiş, lakin İsrail-Fələstin müharibəsi səbəbilə o bu ideyasını təxirə salıb. Bu mahnıda Dua öz tərəf müqabilində lənət axtardığını açıqca ortaya qoyur və bildirir ki, o artıq güzəştə getməkdən və bu kimi standartları onlara öyrətməkdən yorulub. İdeal sevgini vəhşi, ehtiraslı və həyəcanverici rodeo ilə müqayisə edir. Mahnı irəlilədikcə Dua əvvəlki münasibətlərdə yaşadığı təcrübəyə işıq salır və artıq keçmişdəki kimi partnyorlarına onu necə sevməli olduqlarını öyrətmək istəmir.



Albomda 4-cü mahnı olaraq bizi salamlayan "These walls"dır. Əslində mahnı öz adını "ortaq məkanda cansız obyektlər danışa bilsələr, cütlüyə münasibətlərini dayandırmağı tövsiyə edecəklərini deyəcəklər" ideyasından alır. Bu metafora danışılmamış həqiqətlərin və fiziki mühitin gərgin münasibətlərdə yarada biləcəyi emosional ağırlığı kəskin şəkildə vurğulayır. Mahnı boyunca, xeyirdən daha çox zərər gətirəcəklərinə inancaqları bir münasibətin mövcudluğuna baxmayaraq, ayrılığın onları daha çox zədələcəyindən və hətta belə bir münasibəti bitirməkdə belə üçün tərəflərin göstərdiyi istəksizlikdən söhbət açılır.



Sıra albomda 5-ci sırada olan "Watcha doing"dədir. Bu mahnıda Dua Lipa romantik münasibətlərdə zəiflik və nəzarətin mürəkkəbliyini araşdırır. Mahnının sözləri müğənninin ürəyinə kimisə buraxmaq istəyi ilə emosiyalarına nəzarəti itirmək arasında olan incə çizgini təmsil edir. Yeni birinin qəlbə girməsinin verdiyi tərəddüd və narahatlıq keçmiş münasibətlərində uğursuzluq yaşayan Dua üçün qorxuludur və bu onu hər yaşadığı münasibətə şübhəli baxmağa vadar edir.



Albomda 6-cı mahnı olaraq təqdim olunan parça "French exit"dir. Dua Lipanın "French Exit" mahnısı daha çox emosional zərər vermədən münasibətdən zərif şəkildə ayrılma mövzusunu araşdırır. Sözlər natiqin öz ətrafında ifadə olunan romantik hisslərdən qopduğunu hiss etdiyi, dərin bir yadlaşma hissini və ayrılmanın qaçılmazlığını ifadə edən bir hekayəni çatdırır. Xordakı "French exit" ifadəsi "ev sahibi və ya digər qonaqlarla vidalaşmadan ziyafəti tərk etmək" anlamında işlənilib. Bu isə o deməkdir ki, bəzən münasibəti bitirməyin ən gözəl yolu sorğulamadan bütün olanları bir gözəl xatirə olaraq geridə qoymaq və sadəcə kənara çəkilməkdir.



Albomdakı 7-ci mahnı albomdan 3-cü sinql olaraq təqdim olunan "İllusion"dır. Mahnı kliplə bir yerdə 11 apreldə işıq üzü görmüşdür və klipi Barselonada çəkilmişdir. "Vogue" mahnını Kayli Minoqun 2003-cü ildə təqdim etdiyi "Slow" üçün çəkilən kliplə oxşarlıq səbəbilə müqayisə edir. Dua Lipanın "İllusion" mahnısı özünüdərketmə və güclənmənin canlı bəyanıdır. Sözlər müğənninin kimisə aldatmaq və onu manipulyasiya etmək haqqında yazdığı bir ssenariyə bənzəyir. Dua insanlara onların xarici görünüşü tərəfindən aldanmağını və inamla illüziyaya düşməyəcəyini iddia edir. Dua Lipanın mesajı insanların öz instinktlərinə güvənməli olduğu və başqalarının onlara təqdim edə biləcəyi illüziyaya qapılmamalı olduqlarını təlqin edir.



Albomda 8-ci olaraq təqdim olunan mahnı "Falling forever"dir. Bu mahnıda davamlı sevgi və çiçəklənən bir münasibətin eyforiyasından danışılır. Sözlər sevginin uzunömürlülüyünü və zaman keçdikcə onun instensivliyini qoruyub saxlamaq haqqında bəhs edir. Təkrarlanan sual "How long, How long, Can we keep falling forever?" mahınını mərkəzi mövzusunu əhatə edir, sevdiyin bir insanla yaşadığın dərin əlaqəni uzatmaq üçün dərin həsrəti ifadə edir.



Artıq sıra albomdan 9-cu parça olaraq təqdim olunan "Anything for love"ındır. Bu mahnıda Dua müasir münasibətlərin mürəkkəbliyindən danışır. Sözlər bu gün sürətli templə dolu olan və seçimlərə doymuş bir dünyada nadir rast gəlinən bir sevgi növünə olan həsrəti ifadə edir. Mahnıda həmçinin Dua keçmişə gedərək nostalji və müasir romatik münasibətlərin tənqidi qarışığını ifadə edir.



Albomdakı növbəti, yəni 10-cu təqdim olunan mahnı "Maria"dır. Məhəbbət, itki və minnətdarlıq kimi mürəkkəb duyğuları özündə cəmləşdirən mahnı baş qəhrəmanın Maria adlı bir şəxslə keçmiş münasibətlərindən dərin təsirlənmiş birinə aşiq olmağından söz gedir. Mahnı qəhrəmanın keçmişdə yaşadığı sevginin indiki sevgisini Mariadan aldığı dərslər hesabına necə dərin və səmimi olduğunu vurğulayır.



Albomdakı son—11-ci olaraq təqdim olunan mahnı "Happy for you"dur. Bu mahnı keçmiş bir partnyorun başqası ilə davam etməsinin mürəkkəb duyğularını araşdırır. Mahnı baş qəhrəmanın keçmiş sevgilisinin yeni partnyorla olan şəklini görməsi ilə başlayır və bu onda təəccüblü bir xoşbəxtlik hissi yaradır. Əslində onda keçmiş sevgilisi üçün yaranan bu xoşbəxtlik öz əvvəlki sevgilisinə gələcək həyatında yaxşılıq arzulaması ilə bağlıdır, keçmiş münasibət üçün olan kədərdən həqiqi xoş niyyətə keçid qəhrəmanın emosional yetkinliyinin sübutudur. "I am not mad, I am hurt, you got everything you deserve" cümlələri yalnız irəliləmək çətin olsa belə, insan öz səhvləri ilə böyüməli və başqalarının xoşbəxtliyində dinclik tapmalı olduğunu sübut edir.


Canlı performanslara gəldikdə isə Dua Lipa albomdan təqdim etdiyi 3 sinql-"Houdini", "Training season" və "Illusion" üçün London sessiyası adlı 3 videonu öz yutub kanalında yayımlayıb. Sənətçi həmçinin 66-cı Qremmi Mükafatlarında "Houdini" və "Training season" mahnıları üçün performans göstərib. Dua "Brit Awards 2024"də "Training season" üçün göstərdiyi canlı performansı və xareoqrafiyası ilə çoxlu müsbət rəylər toplayıb. Daha sonra "BBC Radio’s Live Lounge"da "Training season", "Illusion" və "Happy for you" mahnılarını canlı ifa edib. Dua həmçinin "Saturday Night Live(SNL)"da iştirak edərək "Illusion" və "Happy for you" mahnılarını canlı səsləndirib. Bundan başqa həmçinin, Nyu-Yorkun Times meydanında sürpriz bir konsert zamanı "Houdini" və "Training season" mahnılarını canlı ifa edib.

Comments


bottom of page