Avroviziya təmsilçilərindən söz düşərkən tez-tez "təmsilçi olmaqdan daha çox yadda qalmaq önəmlidir" fikri irəli sürülür. Çünki bu müsabiqədə qalib olmasa belə, fanatların ürəyində özünə taxt quran yetərincə təmsilçi var. Avroviziya dönəmindən sonra aktiv fəaliyyətdə olan ulduzlar yeni sinqllarını tamaşaçılara təqdim etməklə, konsertlərin təşkili ilə sevənlərini intizarda saxlamırlar. Belə ulduzlardan biri də "Avroviziyanın atəş qadını" Eleni Fureyradır.
Kiprın Avroviziya 2018 Mahnı Müsabiqəsi təmsilçisi yunan-alban əsilli superulduz Eleni Fureyra önümüzdəki aylarda Yunanıstanda konsert proqramları çıxış edəcək. Belə ki, ifaçı ölkənin dörd müxtəlif şəhərində sevənləri ilə görüşəcək. 26 iyun Saloniki şəhərindən start götürəcək şou 20 iyul Afina, 26 avqust Çania, 28 avqust Heraklioda yekunlaşacaq.
Xatırladaq ki, bu günə qədər Kiprın yarışmada ən uğurlu nəticəsinin sahibi olan Eleni həmçinin öz karyerasında ən uğurla addımlayan ifaçılardandır.
Comments