Pərəstişkarları indi rok ulduzun geyimlərini almaq imkanına sahibdirlər. "CNN Style"-ın məlumatına görə 77 yaşlı ifaçı yüzlərlə geyimini indi eBay ilə satışa çıxarıb. O, satışdan əldə olunacaq gəliri QİÇS Fonduna bağışlayacaq.
10 günlük davam edəcək hərracda Gucci gödəkçələri, Versace xalatları və xüsusi Prada loaferlər satılır. Daha sərfəli əşyalara Beysbol papağı və tarixi konsert geyimləri daxildir.
İyunun 27-də başlayan hərracın ilkin qiyməti 26,60 ABŞ Dollarıdır.
Elton Con:
"Qarderobumdakı əziz əşyalara yeni həyat bəxş etmək mənim üçün həmişə xüsusi olub. Onilliklər ərzində mən qarderobumun xəzinələrini Elton Con QİÇS Fonduna yardım etmək üçün bağışlamışam."
Elton Con QİÇS Fondu 1992-ci ildə yaradılıb və dünyada QİÇS-lə mübarizə üzrə aparıcı müstəqil təşkilatlardan biridir. Fondun missiyası QİÇS epidemiyasına son qoymaqdır.
Comments