top of page

Emma Marrondan yenilənmiş albom müjdəsi

Sahil Məmmədov

Məşhur italyan müğənni, Avroviziya ulduzu Emma Marron yeni albomunun genişləndirilmiş versiyası olan "Souvenir Extended Edition"i oktyabrın 4-də çıxacağını elan edib. O, bir il əvvəl başladığı bu musiqi səyahətinin ikinci hissəsi ilə pərəstişkarlarını sevindirəcəyini vəd edib. Bu yeni versiyada albomun orijinal versiyasından bütün mahnılarla yanaşı, son bir ildə yazıb bəstələdiyi 6 yeni mahnı da yer alacaq. Bu haqda müğənni öz rəsmi Facebook səhifəsində paylaşıb.


Emma həmçinin "Hangover" adlı yeni mahnısını bu cümə günü yayımlayacağını açıqlayıb. Bu mahnı gənc repçi "Baby Gang" ilə əməkdaşlıqdır və Marron bunun çox əyləncəli olacağını vurğulayıb.


Yeni layihəsinin uğurunu pərəstişkarlarına borclu olduğunu qeyd edən müğənni mahnılarını canlı olaraq ifa edəcəyi anları səbirsizliklə gözlədiyini bildirib.

bottom of page