"System of a Down" qrupunun vokalçısı Serj Tankiyan "Imagine Dragons"un solisti Dan Reynoldsun qrupun Azərbaycanda çıxış etmək qərarını müdafiə etməsinə cavab verib.
Keçən ay Tankiyan "Imagine Dragons"u Azərbaycanda verdikləri konsert üçün təhqir edərək "onlara insan kimi hörmət etmədiyini" söyləmişdi.
Belə ki, "Imagine Dragons"un 2023-cü il sentyabrın 2-də Bakıdakı konsertindən əvvəl erməniəsilli amerikalı Tankiyan qrupa "mehriban" şəxsi məktub yazaraq Bakı Olimpiya Stadionunun şousunu tərk etmələrini xahiş etmiş, bu konserti “Azərbaycanın siyasi rejiminin imicini ağartmağa” kömək edəcəyini vurğulamışdı:
"Mən həqiqətən hiss edirəm ki, Azərbaycanda çıxış etmək sizin brendinizə də mənfi təsir göstərəcək" deyə qeyd edən Tankiyan Azərbaycanı Dağlıq Qarabağ bölgəsində etnik ermənilərə qarşı soyqırım hazırladığı barədə əsassız iddialarla günahlandırmışdı. Lakin Tankiyanın "Mən əminəm ki, konsertinizi ləğv edib-etməmək barədə qərar vermək üçün bütün faktları özünüz üçün deşifrə edə bilərsiniz" deyə xülyadan ibarət olan fikirlərinə nə "Imagine Dragons" qrupu, nə də Azərbaycandakı təşkilatçılar əhəmiyyət verməmişdi.
Şounun baş tutmasından acıqlı qalan Tankiyan "Imagine Dragons" qrupu haqqında “Mən onlara insan kimi hörmət etmirəm." kimi fikirlər söyləmişdi.
Qrupun solisti Reynolds bu yaxınlarda "Rolling Stone"a verdiyi açıqlamada Tankiyanın tənqidinə münasibət bildirib:
"Liderlərin və hökumətlərin hərəkətlərinə görə bizim performansımızı görmək istəyən azarkeşlərimizi məhrum edə bilmərik. Düşünürəm ki, bu, həqiqətən boş iddiadır. Bütün dünyada korrupsioner liderlər və müharibəni qızışdıranlar var, siz sərhədi haradan çəkirsiniz?
Tankiyan isə ona cavabında "Mən sərhədi etnik təmizləmə və soyqırımından çəkirəm" deyə bildirib. Görünür ki, özünü incəsənət adamı adlandırmasına baxmayaraq erməni xislətindən əl çəkə bilməyən Tankiyan hələ qarayaxma və mənasız söhbətindən uzun müddət əl çəkməyəcək.
Commentaires