top of page
Sahil Məmmədov

Fahree və İlkin Dövlətov 12-ci nömrə altında çıxış edəcək

Avroviziya 2024 Mahnı Müsabiqəsinə sayılı günlər qala birinci və ikinci yarımfinalda yarışan ölkələrin çıxış sıralaması bəlli oldu. Bu il Azərbaycan birinci yarımfinalda 12-ci nömrə altında çıxış edəcək.


Ötən il də ölkəmiz eyni yarımfinalda, eyni nömrə altında çıxış etdiyini və finala vəsiqə qazana bilmədiyini xatırlayırıq.



Bəs Azərbaycan bu il ötənilki uğursuzluğunun əvəzini çıxa biləcəkmi?


Bu sualın cavabını mayın 7-də öyrənəcəyik. Hələlik isə statistikaya və yarımfinaldakı mahnılara nəzər yetirəndə görürük ki, yarımfinalın birinci hissəsində əsas favorit sayılan iki ölkə—Ukrayna və Xorvatiya çıxış edəcək. İkinci hissədə isə əsas favoritlər görünmür. Yeni qaydalara əsasən ev sahibi İsveçin birinci yarımfinalda 11-ci nömrə altında çıxış edəcəyini, həmçinin xalq səsverməsinin çıxışlar zamanı açıq olacağını, bununla da yanaşı İsveçin səsvermədə iştirak etməyəcəyini nəzərə alaraq Azərbaycanın şansının daha da artığını düşünmək olar.


Son 10 ilə nəzər yetirsək, 12 nömrə altında çıxışların nəticələrini uğurlu hesab etmək olar. Çünki, bu nömrədə çıxış edən ölkələrdən 11-i finala vəsiqə qazana bilmişdi.


2014:

🇸🇲 San Marino (Finala vəsiqə qazanıb)

🇨🇭 İsveçrə (Finala vəsiqə qazanıb)


2015:

🇷🇺 Rusiya (Finala vəsiqə qazanıb)

🇮🇸 İslandiya (Finala vəsiqə qazanmayıb)


2016:

🇦🇹 Avstriya (Finala vəsiqə qazanıb)

🇧🇬 Bolqarıstan (Finala vəsiqə qazanıb)


2017:

🇲🇩 Moldova (Finala vəsiqə qazanıb)

🇳🇴 Norveç (Finala vəsiqə qazanıb)


2018:

🇭🇷 Xorvatiya (Finala vəsiqə qazanmayıb)

🇲🇹 Malta (Finala vəsiqə qazanmayıb)


2019:

🇱🇹 Litva (Finala vəsiqə qazanmayıb)

🇦🇺 Avstraliya (Finala vəsiqə qazanıb)


2020: Müsabiqə ləğv edilib.


2021:

🇮🇱 İsrail (Finala vəsiqə qazanıb)

🇵🇹 Portuqaliya (Finala vəsiqə qazanıb)


2022:

🇩🇰 Danimarka (Finala vəsiqə qazanmayıb)

🇪🇪 Estoniya (Finala vəsiqə qazanıb)


2023:

🇦🇿 Azərbaycan (Finala vəsiqə qazanmayıb)

🇸🇲 San Marino (Finala vəsiqə qazanmayıb)


Göstəricilər Azərbaycanın xeyrinə görünsə də, daha dəqiq məlumatı məşqlərdən sonra demək mümkün olacaq.

ความคิดเห็น


bottom of page