top of page
Oruc Ələskərov

Yost Avroviziyadan niyə kənarlaşdırıldı?


Avropa Yayım İttifaqı (AYİ) Niderland təmsilçisi ilə əlaqəli olan insidentlə bağlı yekun qərar verib. Belə ki, müzakirələrin və araşdırmaların ardından ölkənin Avroviziya Mahnı Müsabiqəsinin builki buraxılışından kənarlaşdırılması qərarı alınıb.


Dünən ənənəvi "bayraq paradı" məşqləri keçirilən zaman ölkənin adı çəkilib, lakin təmsilçi səhnəyə çıxmayıb. Təmsilçi Yost yarışmanıb ilk paltar məşqində görünüb, amma onun çıxış vaxtı çatanda səhnə rekvizitləri səhnəyə qoyularkən qəfildən çıxarılıb. O, axşam məşqinin bayraq paradında iştirak etməyib. Belə ki, diktor Niderlandın adını elan etsə də, heç kim ölkənin bayrağını nümayiş etdirməyib. Bu gün isə ölkənin yarışmadan rəsmi olaraq kənarlaşdırıldığı xəbəri açıqlanıb.


"The 56 Magazine" "Billboard" Xəbər Portalına istinadən xəbər verir ki, hadisənin təfərrüatları məlum olmasa da, Yost ilə şouda işləyən biri arasında səhnə arxası insidentin olması ilə bağlı fərziyyələr geniş yayılıb, lakin heç nə təsdiq edilə bilməyib. Cümə axşamı (9 may) 2-ci yarımfinala vəsiqə qazanan 10 ölkə üçün keçirilən mətbuat konfransında Niderland təmsilçisi ilə israilli müğənni Eden Qolan arasında gərginlik yaşanıb. Qolandan onun müsabiqədə iştirakının təhlükəsizlik riski olub-olmadığı soruşulub. Lakin Eden Qolan könüllü olaraq Yostun onun üçün bir təhlükə yaratmadığını və AYİ-nin hər kəs üçün təhlükəsiz bir mühit yaratdığını vurğulayıb.


Sonda insidentin nə və ya kim ilə bağlı olmasından asılı olmayaraq Niderland təmsilçisinin müsabiqədən kənarlaşdırılması qərarı verilib.

ความคิดเห็น


bottom of page