7 may tarixində Avroviziyanın birinci yarımfinalı baş tutdu. Bu məqsədlə "The 56 magazine" portalının yarışmanı birgə izləmək istəyən fanatlar üçün tədbiri keçirildi.
Bakının mərkəzində yerləşən "Obraz" kafe-restoranında təşkil olunan və 50 nəfərdən çox azarkeşin qonaq olduğu partiyə Qorqud, Mila Miles kimi məşhur şəxslər də qatıldı. Müsabiqə başlayana qədər çıxışlar bir daha yayımlandı, fərqli müzakirələr baş tutdu və analizlər edildi.
Saatlar 23:00-ı göstərən zaman kafenin təşkilatçılığı ilə müsabiqə yüksək keyfiyyətli görüntülər ilə heç bir yayım xətası olmadan izlənildi. Böyük coşqu və həyəcanla keçən görüş möhtəşəm şouya axıra qədər baxılması, rəqslər və bu gözəl bayramın hamılıqla qeyd edilməsi ilə yadda qaldı. Yığıncaq ərzində müxtəlif həvəskar oyunlar da təşkil olundu və qüsursuz şəkildə başa çatdı.
Xatırladaq ki, "The 56 Magazine" Azərbaycanın Avroviziya fanatları tərəfindən yaradılmış və əsas fəaliyyəti jurnaldan ibarət olan ilk belə portaldır.
תגובות