Dünyaca məşhur Amerikalı müğənni Helsi sosial şəbəkə vasitəsilə xəstəliyini açıqlayıb.
Hələ albomu yayımlanmamış "The End (Son)" adlı sinqlını təqdim edən ifaçı dərhal sonra xəstəliyi ilə bağlı paylaşım edib. Məşhur muğənninin xəstəxanada müalicə alarkən çəkilmiş kadrlar sevənlərini nigaran qoyub.
Gənc müğənni açıqlama verərkən bu sözləri deyib:
"Uzun sözün qısası həyatta olduğum üçün çox şanslıyam, qısa sözün uzunu bu albomu yazdım".
Daha əvvəl “Ehlers Danlos Sindromu", "Sjogren sindromu", "Mast hüceyrə aktivləşməsi” kimi xəstəliklərə tutulan sənətçi bu dəfə ağ qan xərçənginin qurbanına çevrilib.
"Özümü yaşlı bir qadın kimi hiss edirəm, özümə sağalmaq üçün 2 il müddət verirəm. 30 yaşıma gələndə yenidən doğulub, yenə enerjili, pozitiv olacağam. Əvvəlki halım üçün, aid olduğum yer üçün səbirsizlənirəm,"—deyə açıqlamasında qeyd edib.
Comments