İsveç vaxt ilə saatlar 9-u göstərir və bu isə o deməkdir ki, artıq 2-ci yarımfinal zamanıdır. Bir-birindən fərqli, ecazkar, rəngli və bir o qədər də duyğulu olan səhnələrin yer aldığı bu yarımfinalda bizi ulduz qonaqlar da gözləyir.
İlk qonaq Malin Akerman və Petra Medenin 2005-ci il qalibi olan Helena Paparizonun ikonik "My Number One" adlı mahnısını oxuması və daha sonra Helenanın özünün onlara qoşulması ilə başladı.
Auditoriyanın, aparıcıların birgə oxuduğu və rəqs etdiyi bu hit paradına daha sonra İsveçin 1999-cu il qalibi Şarlotte Nilson ona Avroviziyada qalibiyyət gətirən "Take me to your heaven" adlı mahnısı ilə qoşuldu. Ən son olaraq bu ulduzlar keçidini 2012-ci ildən bəri Avroviziyaya qatılmayan Türkiyəyə yeganə qalibiyyəti gətirməyi bacaran Sertab Erener Avrovizya tarixinin ən uzudulmaz qalib mahnsı olan "Everyway that I can" ilə sonlandırdı.
Növbəti olaraq, Şarlotte, Petra və özünü Linda Vudruf adı ilə Avropa yayım birliyinin işçisi kimi qələmə verən İsveçli müğənni və aktrisa Sara Daun Fayner birlikdə oxuduqları "We love Eurovision too much" adlı mahnı ilə Avroviziyanın bir çox aspektlərini satirik və yumoristik şəkildə izləyiciyə çatdırdılar.
Keçən ilin favoritlərindən olan Kaarija ona Avroviziyada uğur gətirən mahnısı "Cha Cha Cha" adlı mahnısı ilə göstərdiyi performansla yaddaşlarda qalmağı bacardı. Son olaraq isə, Böyük Finala keçən ölkələr açıqlandıqdan sonra 1984-cü ildə İsveçə Avroviziyada qələbə gətirən Herrey qardaşlarının onlara qalibiyyət gətirən "Diggi-Loo Diggi-Ley" adlı mahnını Avroviziya səhnəsində səsləndirməsi ilə Avroviziya gecəmiz sona çatdı.
Son illərin ən güclü yarımfinallarından biri olaraq tarixə keçən bu yarımfinalda da digər yarımfinallarda olduğu kimi telesəsvermədən kifayət qədər bal yığan ilk 10 ölkə finala yüksəlir. Beləliklə, 2024-cü ildə 2-ci yarımfinalda Böyük Finala keçən və keçməyən ölkələr bu şəkildədir:
Finala keçən ölkələr | Finala keçə bilməyən ölkələr | "Böyük Beşlik" ölkələri (Finala birbaşa keçən ölkələr) |
Avstriya | Çexiya | İspaniya |
Yunanıstan | Malta | Fransa |
İsveçrə | Albaniya | İtaliya |
Ermənistan | Danimarka |
|
Latviya | San-Marino |
|
Gürcüstan | Belçika |
|
Estoniya |
|
|
İsrael |
|
|
Norveç |
|
|
Niderland |
|
|
Comments