36 ildən sonra tarix təkrarlandı!
Avroviziya Mahnı Müsabiqəsinin 68-ci buraxılışının qalibi Qərbi Avropanın füsunkar ölkəsi İsveçrə oldu.
Nemo ləqəbli isveçrəli repçi və müğənni Nemo Mettler kristal mikrofonu yenidən məşhur müsabiqənin ilk qalib ölkəsinə aparacaq.
İsveçrə xalq səsverməsindən 226, beynəlxalq münsiflərdən 365 xal toplayaraq cəmi 591 xalla kristal mikrofonun bu ilki sahibi oldu.
İtmiş balıq Nemo timsalında öz yolunu itirmiş sənətçi Nemo özünü Avroviziyada tapdı.
İsveçrə daxili seçimlə seçilən “The Code” mahnısı yayımlandığı ilk gündən Avroviziyanın sadiq fanlarının diqqətini cəlb cəlb etmiş, mərclərdə yüksək pillələrdə qərarlaşmışdır.
“Kod” mənim nə kişi, nə də qadın olmadığımı dərk edərək başladığım səyahətdən bəhs edir. Özümü tapmaq mənim üçün uzun və çox vaxt çətin proses olub. Ancaq heç nə qeyri-binar olduğumu dərk edərək əldə etdiyim azadlıqdan daha yaxşı hiss etdirmir”.—deyə təmsilçi bildirib.
Comments