Qlobal pop-ulduz olan Cenifer Lopez "This is me now" albomundan bir qədər sonra 24 May 2024-cü ildə Netflixdə "Atlas" adlı filmini təqdim etdi. Çəkilişlərə 2022-ci ilin 26 avqustundan başlanılan filmin istehsalı 2022-ci ilin noyabrın 26-da tamamlandı. Ssenarisi Leo Sardarianın və Aron Eli Coleitenın yazdığı filmdə Cenifer Lopezdən başqa Simu Liu, Sterlinq K.Braun, Mark Stronq kimi məşhur Hollivud aktyorları yer alıb. "ASAP Entertainment", "Safehouse Pictures", "Nuyorican Production" və "Berlanti-Schechter"in birgə istehsalı olan filmin büdcəsi 100 milyon olaraq Netflix tarixində çəklimiş ən bahalı filmlərin arasına girməyi bacardı. Qeyd etmək lazımdır ki, "Nuyorican Production" Cenifer Lopez və Benni Medinaya məxsusdur.
Əfsuslar olsun ki, son illərdə üzərindəki "hater" buludlarını dağıda bilməyən Ceylo sonuncu albomunda üzləşdiyi uğursuzluqla bu dəfə filmdə üzləşdi. Tənqidçilər film haqqında neqativ fikirlər yağdıraraq filmə aşağı ballar veriblər, film imdbdə sadəcə 5.7 bal toplamağı bacarıb.
Comments