
Məşhur “BlackPink” qrupunun üzvü Cenninin martın 7-də “Ruby” adlı ilk studio albomu işıq üzü görəcək. Bu məlumatı yanvarın 22-də öz şirkəti olan “Odd Atelier” bildirib.
Albomda 15 mahnı olacaq, bunların arasında oktyabr ayında yayımlanan və qlobal hitə çevrilən “Mantra”da yer alacaq. Həmçinin, albomda Dua Lipa, Çayldiş Qambino və s. kimi məşhurlarla işbirliyi də mövcud olacaq.