top of page
Sahil Məmmədov

Luk Blek "Chainsaw" şousu ilə üç ölkədə!



Serbiyanın Avroviziya 2023 Mahnı Müsabiqəsində təmsil etmiş Luk Blek karyerasında inamla addımlamağa davam edir. Gənc və istedadlı müğənni iyun ayında konsert turuna çıxmağa hazırlaşır. "Chainsaw" adlanan şou proqram Avropanın üç ayrı ölkəsində, ümumi olaraq beş şəhərində keçiriləcək. İlk olaraq iyunun 4-ü Bristolda başlayan şou iyunun 6-da Mançester, yeddisi isə Londonda keçiriləcək. İyunun on biri Varşavada sevənləri ilə bir araya gələcək ifaçının son şousu iyunun on üçü Helsinkidə yekunlaşacaq.


Konsert proqramının digər özəl tərəfi isə Avroviziya fanatlarını çox sevindirəcək. Belə ki, onunla eyni ildə Avstriyanı təmsil etmiş və kifayət qədər pərəstişkar ordusu toplayan Teya (Teya Devi) ifaçı ilə eyni səhnəni paylaşacaq. Gənc müğənninin üç şouda çıxışı planlaşdırılır.

Comments


bottom of page