
"Haute Couture" Həftəsi 2025-ci ilin yaz-yay kolleksiyaları ilə moda dünyasına yeni bir nəfəs gətirdi. Bu tədbir yalnız yüksək keyfiyyətli əl işi geyimlərin nümayiş olunduğu yer deyil, həm də dəbin gələcəyinə işarə edən yeni trendlərin mərkəzidir.

Həftənin üçüncü günü böyük markalar olan "Gaurav Gupta", "Elie Saab", "Valentino", "Viktor & Rolf" və "Jean Paul Gaultier"" yeni kolleksiyalarını təqdim etdilər. "Elie Saab" bu dəfə klassik naxışları daha müasir kəsimlərlə təqdim etdi. "Valentino" isə romantik və güclü elementləri birləşdirərək yeni bir yanaşma ortaya qoydu. Viktor & Rolf isə daha eksperimental bir kolleksiya ilə qeyri-adi formalarla diqqət çəkdi. Jean Paul Gaultier isə sərhədsiz dizaynlarla fərqləndi və moda sərhədlərini aşmağa davam etdi.
"Chanel"in 2025 Yaz-Yay kolleksiyası isə xüsusilə diqqət çəkdi. Bu kolleksiya "Chanel"in 110 illik yubileyinə həsr olunmuşdu və brendin həm keçmişə, həm də gələcəyə olan münasibətini simvolizə edirdi. Kolleksiyanın rəng palitrası qırmızı, ağ, qara və bənövşəyi tonları ilə zənginləşmişdi. "Chanel"in klassik siluetləri isə yenilənmiş kəsimlərlə təqdim olunaraq müasir tələblərə uyğunlaşdırılmışdı. Kolleksiyada tüvid parçalar və naxışlı krujeva ilə işlənmiş detallar da vardı.
Bu təqdimat moda dünyasının ən məşhur simalarını bir araya gətirdi. Dua Lipa, G-Dragon, Lili-Roz Dip və "Blackpink"in üzvü Jenni kimi məşhurların qatıldığı şou sosial mediada böyük maraq gördü və bir çox müsbət rəylər aldı.
"Haute Couture" Həftəsi bir daha göstərdi ki, dəbdə sərhəd yoxdur. Dizaynerlər ənənəvi sənətkarlığı və müasir texnologiyanı birləşdirərək yeni üslublar yaradırlar. Chanel"in yubiley kolleksiyası, "Jean Paul Gaultier"in sərhədsiz dizaynları və "Elie Saab"ın zərif kolleksiyaları, dəbin gələcəyinin həm keçmişə hörmət, həm də yeniliyə açıq olma üzərində qurulduğunu göstərdi.