top of page
Oruc Ələskərov

Məşhurluq, cinsi istismar, təcavüz... Diddi nə edir?


Musiqi dünyası öz parlaq simasını tamaşaçılara göstərməklə yanaşı, zaman-zaman bu industriyanın qaranlıq üzünə də şahid oluruq. Qalmaqalda adı çəkilənlər sırasında əksər hallarda rep ifaçıları ön sıralarda olur. Təcavüz, narkotik və bu kimi iddialarla tez-tez gündəmə gələn rep dünyasının nümayəndələri sırasında bu gün Diddi var.



Reper Sin "Diddi" Kombsun son albomunun prodüseri fevral ayında federal məhkəməyə müraciət edərək, musiqi maqnatını bir ildən çox müddət ərzində ona cinsi təcavüz, narkotik və təhdidlər etməkdə ittiham edib.

Prodüser Rodni “Lil Rod” Cons məhkəmə sırasında deyirdi ki, o, 2022-ci ilin sentyabrından 2023-cü ilin noyabrına qədər məşhur reperlə birlikdə yaşayıb və səyahət edib. Bu müddət ərzində o, Diddi, onun işçiləri və başqalarının “ciddi qanunsuz fəaliyyətlə məşğul olduğunu” göstərən video və audio yazıb.

İddialar arasına "Puff Daddy" kimi də tanınan Diddi Kombsun Consu seks işçiləri işə götürməyə məcbur etməsi və ona onlarla və başqaları ilə arzuolunmaz cinsi hərəkətlər etmək üçün təzyiq göstərməsi, yetkinlik yaşına çatmayan qızların və seks işçilərinin də daxil olduğu Kombsun evində keçirilən ziyafətlərin ekran görüntüləri də daxildir.


Onların bəzilərinə Diddinin göstərişi ilə narkotik tərkibli spirtli içkilər verildiyi də iddia edilir.

ABŞ-nin Nyu Yorkun Cənub Bölgəsi üzrə Dairə Məhkəməsinə təqdim edilən iddiada həmçinin məşhur reperin yetkin oğlu Castin, aparat rəhbəri Kristina Korram, "Universal Music Group"un baş direktoru Ser Lusian Qreynç və "Motown Records"un keçmiş baş direktoru Efiopiya Habtemariam da cavabdeh qismində göstərilir.



Verilən məlumatlara əsasən, Cons 30 milyon dollar məbləğində təzminat tələb edir.

54 yaşlı Diddi Kombsun vəkili, "Consun tamamilə uydurma və baş verməmiş hadisələr haqqında ehtiyatsız danışması qəzet manşetlərində yer almaq üçün açıq cəhddən başqa bir şey deyil. Bizim onun iddialarının tamamilə yalan olduğuna dair çox güclü və təkzibedilməz sübutlarımız var. Bu sübutları Consun vəkili Tayron Blekborn ilə bölüşmək cəhdlərimizə məhəl qoyulmadı, çünki Blekborn zənglərimizə cavab verməkdən imtina etdi. Biz bu əsassız iddiaları məhkəmədə qaldıracağıq və bunları edənlərə qarşı bütün lazımi tədbirləri görəcəyik" deyə açıqlamasında qeyd edib.

İddia son aylarda Kombsa qarşı irəli sürülən ciddi ittihamların sonuncusudur.

Keçən il R&B ifaçısı Kessinin məhkəmə işi də daxil olmaqla musiqi maqnatına qarşı çoxsaylı cinsi təcavüz iddiaları qaldırılıb.

Kombs və onun keçmiş sevgilisi Kasandra "Kessi" Ventura ittihamlardan bir gün sonra razılığa gəliblər.


Kombsu ittiham edənlərdən biri də rep prodüserinin 20 il əvvəl ona təcavüz etdiyini iddia edən qadındır. Həmin vaxt 17 yaşında olduğunu söyləyən qadın, həmçinin Kombsun "Bad Boy Records"un prezidenti Harve Pierre və şəxsiyyəti naməlum başqa bir kişini də ittiham edib.


Bütün bunlara baxmayaraq Kombs dekabr ayında bu iddiaları rədd edib:

"Mən tamamilə dürüst olacağam: iddia edilən dəhşətli şeylərin heç birini etməmişəm. Adım, ailəm və həqiqət üçün mübarizə aparacağam."

Comments


bottom of page