top of page
Oruc Ələskərov

"Məqsədimiz Bakıdan dünyaya mesaj çatdırmaqdır"—fransız ekoaktivist


"Bakıya Almaniya, Fransa, Niderland, Türkiyə və digər ölkələrdən 200 nəfərlik heyətlə gəlmişik. Velosiped həm düzgün vərdiş, həm qənaət baxımından ən gözəl nəqliyyat vasitəsidir. Bu gün Bakıya gəlməkdə məqsədimiz buradan bütün dünyaya mesaj çatdırmaqdır."


Bu sözləri fransalı velosipedçi və ekoaktivist Quiyame Klaude Otrage "FiftySix Magazine" mikrofonuna özəl açıqlamasında bildirib. Velosipedçi qeyd edib ki, Bakıda COP 29-un təşkili ideal səviyyədədir:


"Həm könüllülərə, həm texniki heyətə nəzər salanda COP 29-un möhtəşəm şəkildə təşkil olunduğunu demək olar. Düşünürəm ki, builki konfranslar böyük məbləğlərlə başa gəlmiş, amma nəticəsi mükəmməl olan tədbirlərdir.

Bakıda velosiped sürmək ən effektiv əyləncəmizə çevrilib. Velosiped insan həyatı üçün əvəzolunmazdır. Bakıya gəlmək üçün bu heyət ilə bərabər 6500 kilometr yol qət etmişik."





bottom of page