Madonna 2025-ci il üçün yeni mahnılar üzərində çalışdığı bildirib.
Dünya şöhrətli ulduz Madonna yeni ildə yeni mahnılarla geri dönüş edəcək. O, öz Instagram səhifəsində DJ, mahnı yazarı və prodüser Stuart Prays ilə çalışdığını bildirib.
Madonna studiodan video-görüntülər paylaşıb və qeyd edib: “Stuart Prays ilə yeni mahnı üzərində çalışırıq. Keçən bir neçə ay ruhum üçün tam bir dərman oldu. Mahnı yazmaq və bəstələmək elə bir sahədir ki, orada heç kimin icazəsinə ehtiyacım yoxdur. Yeni işlərimi sizinlə bölüşmək üçün çox həyəcanlıyam. 2025-ci ildə kimlər yeni mahnı eşitmək istəyir?”