top of page
Nural Hüseynalıyev

Malmö - 2024 Avroviziya Mahnı Müsabiqəsinin ev sahibi



Bu il Avroviziya Mahnı Müsabiqəsinin ev sahibi İsveçin Malmö şəhəridir. Ümumilikdə 3 dəfə müsabiqəyə ev sahibliyi edən şəhər ilk dəfə bu haqqı 1992-ci ildə qazanmışdı. 11 il əvvəl, Lorinin Bakıdakı qalibiyyətinin ardından 2013-cü ildə ikinci dəfə Malmö dünyanın ən böyük qeyri-idman hadisəsinə ev sahibliyi edib.



7 iyul 2023-cü ildə ev sahibi şəhər olduğu açıqlanan Malmö 7 və 9 mayda müsabiqənin yarımfinallarına, 11 mayda isə böyük final gecəsi olmaqla bir həftə davam edəcək müsabiqə ərəfəsində minlərlə turisti və 37 ölkədən iştirakçıları qəbul edəcək. Bu məqalədə isə Malmö şəhəri haqqında məlumatları və şəhərin gəzməli-görməli yerlərini təqdim edirik:


Malmönün tarixi, orta əsrlərə qədər uzanır və şəhərdə o dövrdən qalmış bir çox tarixi abidə var. Şəhər, ticarətin əhəmiyyətli bir mərkəzi olaraq, Hansa Birliyi üzvü kimi məşhur olmuşdur. Ancaq 19-cu əsrin sonlarına doğru sanayeləşmə prosesi ilə birlikdə əhəmiyyətli bir sənaye şəhəri halına gəlmişdir. Malmö İsveçin cənubunda, Baltik dənizi sahilində yerləşən əhəmiyyətli və ölkənin üçüncü böyük şəhəridir.


Günümüzdə Malmö, müasir memarlıq üslubu, müxtəlif mədəni etnik qruplara ev sahibliyi etməsi ilə tanınır. Şəhərdə müxtəlif tədbirlər, festivalar keçirilir, sənət qalereyaları, muzeylər və teatrlar mövcuddur. Xüsusən, şəhərin çeşidliliyi və mədəni zənginliyi, qastronomiya sahəsində də özünü göstərir. Malmödə, müxtəlif mətbəx mədəniyyətlərindən ilham alınmış bir çox restoran və kafe mövcuddur.


Malmö, sadəcə İsveçin deyil, eyni zamanda Avropanın da əhəmiyyətli şəhərlərindən sayılır. Şəhər, davamlılıq, ətraf mühit qorunması və yaşıllıq sahələrində lider layihələrə sahibdir. Xüsusən, şəhər mərkəzində yerləşən “Turning Torso” adlı müasir bina, dünyanın ən hündür dönən binası kimi tanınır.



Bundan əlavə Malmö, təhsil imkanları və iş imkanları baxımından da vacib bir mərkəzdir. “Lund” Universitetinin bir kampusuna ev sahibliyi etməsi ilə birlikdə, şəhərdə bir çox beynəlxalq şirkətin mərkəzləri də yer alır.


Malmödə məhşur yerlər:


1. “Malmöhus” qalası:

Qala 1434-cü ildə tikilmişdir və şəhərin ən tanınmış tarixi abidələrindən biridir. İçərisinə Malmö Müəssisələri Muzeyi, Malmö Şəhər Muzeyi və Malmö İncəsənət Zalı da daxildir.


2. Lilla Torq:

Malmö şəhərinin ən tanınmış meydanlarından biridir. Burada, restoranlar, otellər, mağazalar yerləşir. Bu ərazi əsasən turistlər və yerli sakinlər tərəfindən gəzmək üçün məşhur meydan kimi istifadə olunur.


3. Modern Malmö Muzeyi:

Bu muzey qonaqlarına müasir və çağdaş incəsənət nümayiş etdirməklə tanınır. Sərgilərdə məşhur sənətçilərin əsərləri və daimi kolleksiya yer alır.


4. Ribersborqstrand qəsəbəsi:


Şəhərin Baltik dənizinin sahilində yerləşən məşhur qəsəbədir. Bu ərazi çimərliklər, sahil restoranları ilə məşhurdur. Qəsəbə əsasən yaz və yay aylarında turistləri cəlb edir.


5. “Emporiya” alış-veriş mərkəzi:

“Emporiya” Skandinaviyanın ən böyük alış-veriş mərkəzidir. Bu mərkəzdə dünyanın məşhur markalarının mağazaları, restoranlar, kafelər və.s yerləşir.


6. "Malmö Live":

Müasir bir konsert və tədbir kompleksi olan "Malmö Live", musiqi, teatr və digər mədəni tədbirlər üçün məşhur məkandır.


7. Malmö kanalı:



Şəhərin mərkəzindən keçən Malmö kanalı, gəzmək, velosiped sürmək üçün gözəl bir yerdir. Kanal boyunca yerləşən kafelərdə oturaraq istirahət etmək də mümkündür.


8. Folkets parkı:

Hər kəsə açıq olan Folkets Park, müxtəlif tədbirlərə ev sahibliyi edir. Parkda lunapark, açıq hava konsertləri üçün məkan və restoranlar mövcuddur.


9. Stortorget meydanı:


Malmönün ən böyük meydanı olan Stortorget tarixi binaları, kafeləri və mağazaları ilə məşhurdur. Meydanın ortasında olan heykəl və çeşmə ziyarətçilərin diqqətini cəlb edir.


Avrovoziya Mahnı Müsabiqəsinə 3-cü dəfə ev sahibliyi edəcək şəhər haqqında əsas məlumatları və maraqlı məkanları nəzərinizə çatdırdıq. Şəhər haqqında daha ətraflı məlumatları isə araşdıraraq əldə edə bilərsiniz.


Comments


bottom of page