top of page
Lalə Rəhmanova

"Mango" brendinin təsisçisi İsak Andiç Ermay vəfat etdi


Dünyaca məşhur "Mango" brendinin təsisçisi İsak Andiç Ermayın vəfat xəbəri moda dünyasında böyük itki kimi qarşılanıb. O, "Mango"nu 1984-cü ildə yaradaraq brendi qısa müddətdə beynəlxalq arenada tanınan bir ad halına gətirib. İsak Andiç, klassik və zamansız moda anlayışı ilə tanınırdı. Onun rəhbərliyi altında "Mango" sadəcə geyim deyil, həm də qlobal dəb hərəkatının simvoluna çevrilib. Bu itki brendin tarixində əhəmiyyətli bir dönüş nöqtəsi olacaq.


Onun Kataloniyanın Monserrat dağlıq bölgəsində gəzərkən 100 metrdən yıxılaraq həyatını itirməsi xəbəri sosial şəbəkələrdə yayılıb.


İsak Andiç 1 oktyabr 1953-cü ildə İstanbulda doğulub və ailəsi ilə birlikdə 1969-cu ildə Barselonaya köçüb. Burada o qardaşı ilə birlikdə əl ilə naxışlar işlənmiş "Made-in-Turkey" köynəklər satmağa başlamışdır. Daha sonra Barselona və Madriddə "Isak Jeans" adlı geyim mağazaları açmış və nəhayət 1984-cü ildə qardaşı və Enrik Cusi ilə birlikdə bütün mağazalarını "Mango" adına dəyişdi. Andiç bu adı Filippinə səfəri zamanı daddığı manqo meyvəsindən ilhamlanmışdı.


O, ölümündən əvvəl 4,5 milyard dollara yaxın sərvəti ilə Kataloniya və İspaniyanın ən varlı iş adamlarından biri idi.


Mənbələr: Wikipedia / HaberGlobal / Magno

bottom of page