top of page
Sahil Məmmədov

Mayli ən gənc "Disney əfsanəsi" oldu


Mayli Sayrus "Disney əfsanəsi" statusunu alan ən gənc ulduz olub.

Belə ki, müğənni ilk dəfə 2006-cı ildə 13 yaşındaykən "Disney Channel"də yayımlanan serialda Hanna Montana obrazını canlandıraraq şöhrət qazanıb.

Bazar günü D23 konvensiyasındakı emosional çıxışında Mayli Hanna Montana olduğu üçün hələ də fəxr etdiyini söyləyib. Həmçinin mükafatı alan zaman təsirli nitqi ilə göz yaşlarını saxlaya bilməyib:


"Başlamazdan əvvəl hamıya Disney əfsanələrinin kiçik bir sirrini açacağam. Halbuki bunu etməməliyəm. Əfsanələr və ulduzlar da qorxur. Mən də indi qorxuram. Hər halda qorxmaq və bunu etmək əfsanəvidir. Çalışdığıımız zaman uğursuzluq deyə bir şey yoxdur!"


Xatırladaq ki, Sayrus bu ilin əvvəlində 2023-cü ilin rekordu kimi tanınan və Böyük Britaniyada bir nömrədə 10 həftə keçirən "Flowers" üçün ilk "Qremmi" mükafatını qazanıb.

Comments


bottom of page