Paris 2024 Olimpiya Oyunlarının açılış mərasimi bir-birindən əsrarəngiz və maraqlı şoular və səhnələrlə yadda qalmaqla yanaşı, bir çox qalmaqallara və etirazlarada yol açdı.
Açılış mərasimi unudulmaz ifalarla tamaşaçılara füsunkar şou təqdim etdi. Sena çayı sahilində keçirilən və texnologiyanın ən yüksək səviyyədə istifadə edildiyi mərasimdə, dünya şöhrətli məşhur sənətçilər səhnə aldı. Bundan başqa, Fransa tarixdə ilk dəfə ənənəvi stadion aşlış mərasimindən fərqli olaraq, stadiondan kənarda-açıq hava altında keçirdi.
Fransız elektron musiqi əfsanəsi "Daft Punk" uzun müddətdən sonra ilk dəfə birlikdə səhnəyə çıxaraq mərasimə damğasını vurdu. İkili, unudulmaz bir performans göstərərək tamaşaçılara enerji dolu anlar yaşatdı.
Amerikanın məşhur musiqiçisi Leydi Qaqa özünün fransız-sayağı geyimi, xareoqrafiyası və səhnəsi bütün izləyicilərə nostalji anlar yaşatmağı bacardı. Bundan başqa Fransız dilində performans göstərən Leydi Qaqa öz vokal bacarıqları ilə izləyiciləri məst etməyi bacardı.
Daha sonra səhnəyə çıxan rok-metal qrupu olan "Gojira" bütün Parisi müsbət mənada lərzəyə gətirdi. Qala kimi görünən bir binada Mariya Antuanettaya oxşayan bir baş təsviri ilə öz şoularına başlayan qrup daha sonra bir dəniz piratının öz gəmisi ilə qalanın qarşısından keçməsi ilə şouya davam etdi. Beləliklə, "Gojira" Olimpiya Oyunlarının açılış mərasimində iştirak edən ilk rok-metal qrupu oldu.
Mərasimdə, Edit Piazın ən məşhur mahnılarından biri dünyaca məşhur müğənni və diva Selin Dion tərəfindən Eyfel qülləsindəki bir terrasda səsləndirildi. Həmçinin bu çıxışla Selin Dion sənətə geri döndüyünü açıqladı.
Daha sonra Cülyett Amanet Con Lenonun məşhur "Imagine" mahnısını oxuyaraq idmanın sülh və həmrəylik içində keçirilməli olduğunun vacibliyin vurğuladı.
Dünyaca məşhur DJ David Quetta açılış mərasimində səhnəyə çıxaraq öz hit parçalarını və Olimpiya ruhunu əks etdirən xüsusi miksini ifa etdi. Performansı ilə böyük bəyənmə qazanan Quetta, mərasimin ən çox alqış alan adlarından biri oldu.
Belçikalı-fransız pop müğənnisi Angele, populyar mahnıları ilə səhnə alaraq gənc nəslin favoriti olmağa davam etdi. Alternativ pop və elektron musiqi tərzi ilə tanınan "Kristine and the Queens" təsirli performansı ilə tamaşaçıları heyrətləndirdi.
Belçikalı müğənni və prodüser Stromay isə "Alors on Danse" kimi hit mahnıları ilə səhnəyə çıxaraq tamaşaçılara unudulmaz bir musiqi ziyafəti təqdim etdi. Həmçinin dünyaca məşhur müğənni Lara Fabian və Avroviziya 2024 Mahnı müsabiqəsində Fransanı təmsil edən Sliman birlikdə fransızca “Je suis Malade” mahnısını birlikdə ifa edərək izləyicilərə duyğusal anlar yaşatdılar.
Bu məşhur sənətçilərin performansları, Paris 2024 Olimpiya Oyunlarının açılış mərasiminə rəng qataraq tamaşaçılara unudulmaz bir təcrübə yaşatdı.
Gecənin ən qalmaqallı hissəsi-cinsi azlıqların moda keçidi və onların "İsanın son axşam yeməyi" tablosunu təsvir etməsi nə dünya ictimaiyyətindən, nə də dini şəxslərdən yaxşı rəy almadı. Təşkilatçıların sonradan üzr istəməsinə baxmayaraq İnsanlar Fransanı bu səhnəyə görə qınadı və Fransanın Parisdə keçirdiyi açılış mərasimini "Tarixin ən pis açılış mərasimi" deyə adlandırdılar.
Comments