top of page

Payız, kofe, film!

Tərlan İskəndərov

Payızın sakit və melanxolik atmosferi film izləmək üçün ideal şərait yaradır. Saralmış yarpaqlar, dumanlı səhərlər və yağışlı axşamlar bizi daha çox düşüncəyə daldırır, bunun üçün isə dərin mənalı filmlər əla seçimdir. Budur, payız mövsümündə izləmək üçün ideal olan üç fərqli dövrü əks etdirən film:


1. "Rebekka"


Alfred Hiçkokun rejissoru olduğu bu möhtəşəm film qaranlıq və sirli atmosferi ilə payız günlərinin mükəmməl yoldaşıdır. 1940-cı ildə lentə alınan filmdə sirli hadisələr, intriqalar və qaranlıq münasibətlər fonunda qurulan süjet yenidən evlənən bir qadının həyatına dair hekayəni izah edir. Hiçkokun ustalığı ilə çəkilmiş bu film izləyicini gerilim dolu dünyasına çəkir.


2. Autumn in New York"


2000-ci illərin bu romantik dramında, Riçard Gere və Vinona Rayderin baş rollarda olduğu və payızın Nyu York küçələrinə xüsusi gözəllik qatdığı bir hekayəni tamaşaçılara təqdim edir. Filmdə gənc bir qadın və yaşlı bir kişi arasında yaranan romantik münasibət və ölüm qarşısında yaşanan çətinliklər təsvir edilir. Payızın keçici gözəlliyi kimi, sevgi və həyat da bu filmdə bir o qədər müvəqqəti və dərindir.


3. "Past Lives"


2023-cü ildə ekran üzü görən film Amerika və Cənubi Koreya istehsalıdır. Film sevgi və tale haqqında kövrək, dərindən təsir edən bir hekayədən bəhs edir. Hadisələr payızın sakit və melanxolik atmosferində cərəyan edir, bu da filmə daha poetik bir ton bəxş edir.

Payız rənglərinin və nostalgiya hissinin dominant olduğu "Past Lives" keçmişin təsiri ilə indiki zamanın qarşıdurmasını ustalıqla təsvir edir.

bottom of page