top of page
Tərlan İskəndərov

Payız Mövsümü: Yarpaqlar düşür, şou biznesdə yeni dramlar yüksəlir!

Sentyabrın son günləri ilə yarpaqlar saraldıqca şou-biznesin də drama dolu xəbərləri canlanır! Payızın nostaljik havasında bir fincan isti çayla həm təbiətin gözəlliklərindən zövq alaq, həm də məşhurların bu fəsildə nələr etdiyinə nəzər salaq!


Payız dedikdə ağla ilk gələn nədir? Dəb, əlbəttə! Məşhurlar bu mövsümdə qarderoblarını yenidən nəzərdən keçirib, bizə təbəqələmə sənətini göstərir. İndi isə onların ötən mövsüm geyim seçimlərinə nəzər salaq.



Madonnanın payız kombini incə toxunmuş sviter, dəbli palto və yüksək belli geniş şalvarla müasir üslubu klassika ilə birləşdirir. Torpaq tonları, dərin narıncı və qəhvəyi çalarlar, onun stilində payızın ruhunu əks etdirir. Böyük gün eynəkləri, qalın zəncir boyunbağı və dəri çəkmələr görünüşünü tamamlayaraq sənətçiyə xüsusi cəsarət və şarm qatır.



Əlbəttə ki, onun arxasınca Bella Hadid ötən illərdə olduğu kimi, minimalist sviter və trençkot dəsti ilə bir daha sübut edəcək ki, az bəzək çox dəb deməkdir.



Şou-biznesin "cool" uşağı Herri Stayls isə payız geyimlərinə bir az da vinteyc ab-havası qatmağı sevir. Çox qatlı tərzi və canlı rəngləri ilə payız moda tənqidçilərinin diqqət mərkəzindədir. Bəs görəsən, siz payızın trend rənglərini izləyirsinizmi? Xardal sarısı, tünd narıncı və qum rəngləri bu mövsümə damğa vurur! Unutmayın, siz də ilham almaq üçün "İnstaqram"dakı məşhurlara göz atın!

Comentarios


bottom of page