top of page
Oruc Ələskərov

Petra Mede üçüncü dəfə Avroviziya Mahnı Müsabiqəsinə aparıcılıq edəcək


Avroviziya və İsveçi birlikdə təsəvvür edərkən ağla bir çox məşhur şəxs gəlir. Onlardan biri də isveçli məşhur komediyaçı və teleaparıcı Petra Mededir. O, Avroviziya Mahnı Müsabiqəsində ikinci ən çox aparıcılıq edən qadındır.


Petra Mede - Avroviziya 2013 Mahnı Müsabiqəsinin aparıcısı

Nə az, nə çox, üç dəfə! 11 il əvvəl, 2013-cü ildə 58-ci buraxılışı Malmödə keçirilən Avroviziya Mahnı Müsabiqəsinin hər üç şousunu təkbaşına idarə edən usta aparıcı, 2016-cı ildə Stokolmda keçirilən müsabiqədə də Mans Zermerlöv ilə birlikdə öz fərqini ortaya qoyaraq şouya xüsusi rəng qatdı.


Foto: Getty Images - Petra Mede və Mons Zermerlöv Avroviziya 2016 Mahnı Müsabiqəsinin aparıcıları

Nəhayət o, sayılı günlərin qaldığı Avroviziya 2024 Mahnı Müsabiqəsinə də Malin Akerman ilə birlikdə aparıcılıq edəcək. Artıq Avroviziya İsveçdə keçirilirsə, Medeni şounun bir hissəsi kimi təsəvvür etməmək mümkün deyil.


Petra Made həm də "Melodifestivalen 2009" seçim turunun aparıcısı olmuşdur. Daha sonra Petra Mede "Melfest" aparıcılığını Kristian Luuka ötürmüşdür. Bundan əlavə, Avroviziya Mahnı Müsabiqəsinin 60-cı ildönümünü qeyd etmək üçün BBC Avropa Yayım İttifaqı ilə birgə 31 mart 2015-ci ildə Hammersmit şəhərində "Eventim Apollo"da "Avroviziya: Ən Möhtəşəm Hitlər" (Eurovision: Greatest Hits) şousu keçirilib ve bu şounuda Petra Mede ilə birlikdə izləmişik. Mede 2017 "Netflix" serialı "Bonus Family"də "Katya" rolunu oynayıb və 2019-cu ildə "Hasse & Tage – En kärlekshistoria" sənədli filmində rol alıb.



Petra Mariya Mede 7 Mart 1970-ci ildə Stokolmda Ulla Elizabet və sahibkar Klas Hakan Medenin ailəsində anadan olub, lakin Göteborq yaxınlığındakı Partille şəhərində böyüyüb. Mede 2007-2008-ci illərdə "İlin ən çox inkişaf edən qadını" mükafatını qazandı. Bu onun ilk böyük mükafatı idi. Mede aparıcı və komediyaçılıqdan başqa həm də siyasətçidir. O ingilis‚ isveç‚ ispan‚ italyan və fransız dillərini bilir.

Comments


bottom of page