top of page
Tərlan İskəndərov

"Pul Uğrunda Öz Dəyərlərini Satırlar"—CAZ ULDUZUNDAN SƏRT MESAJ


Azərbaycan caz musiqisinin incisi, fransız və ispan dillərindəki mükəmməl ifaları ilə tanınan Təranə Mahmudova sənət aləminə öz fikirləri ilə səs salıb. Son zamanlar İnstaqramda etdiyi canlı yayımlarda, bəzi ifaçılara qarşı sərt sözlər söyləyərək, onları sənətin ruhunu pula satmaqda ittiham edib.


“Bu gün musiqi adlanan şey, sanki dəyərlərin məzara gömülməsidir. "Ara müğənniləri" özlərini pula görə biabır edirlər, özlərini satırlar” deyə Mahmudova canlı yayımda bildirib. O, bu ifaçıları cəmiyyətin mənəvi güzgüsünü çatlatmaqda günahlandıraraq, "Azərbaycan xalqı bu cür insanlara meydan verir, biz öz dəyərlərimizi itiririk",-deyə tənqid atəşini davam etdirib.



Mahmudova həmçinin Azərbaycan mentalitetinin getdikcə dəyər boşluğuna sürükləndiyini vurğulayıb: “Bizim milli ruhumuz hara yox olur? Uşaqlarımız bu "sənətkarlardan" hansı tərbiyəni alacaq? Hansı mənəviyyatla böyüyəcəklər?” Sənətkar, bugünki musiqi səhnəsinin gələcək nəsillərin düşüncələrini və dəyərlərini necə formalaşdıracağı barədə dərin narahatlığını ifadə edib.


Bu çıxışıyla Mahmudova açıq-aşkar cəmiyyəti gözünü açmağa, sənətin dəyərini yüksək səviyyədə saxlamağa çağırır.


"Təkcə səhnədə yox, elə hər yerdə bir silkələnmə lazımdır. Ayılmaq vaxtıdır! Sənət alver deyil, ruhun aynasıdır; əgər o aynada yalnız pul görünürsə, deməli, biz artıq özümüzü çoxdan itirmişik."

Comments


bottom of page