"Qürur hissi keçirirəm. İnşallah, bu filmdən ilham alınaraq yeni seriallar və filmlər çəkilər. Bu cür filmlərin çəkilməsi mütləqdir, onlar yeni nəslə də qürur verir."
Bu sözləri tanınmış kikboksçu, "Azərbaycan Atabəyləri" filminin baş obrazı Zabit Səmədov "FiftySixMagazine" mikrofonuna özəl açıqlamasında bildirib. Filmdə Şəmsəddin Eldəniz roluna həyat verən Səmədov "Kuruluş Osman" serialının aktyorun həyatına böyük təcrübə kimi töhfə verdiyini vurğulayıb:
"Türkiyədən, "Kuruluş Osman"dan yeni təklif gəldi. Amma istərdim ki, Azərbaycanda yeni bir layihə olsun, burada işləyim. Obrazım çox möhtəşəm idi, bu obrazı canlandırmaq mənə qısa zamanda təklif olundu və filmi də qısa zamanda çəkdik.
"Kuruluş Osman" mənim üçün böyük təcrübə oldu. Yeni təkliflər olsa, və ya bu layihə serial formasında çəkilsə daha ciddi hazırlaşıb rolumun öhdəsindən uğurla gələrəm."