top of page

Qadınların reytinq rekordları qıran hekayəsi "Sex and The City"

Fiftysix Magazine

Darren Star tərəfindən yaradılan və Candace Bushnell-in əsasında çəkilən "Sex and the city" müasir qadınların həyatını, sevgi axtarışını və dostluğun əhəmiyyətini təqdim edən mədəni bir fenomendir. 1998-ci ildən bəri bu hekayələr qadınların şəhər həyatında üzləşdikləri çətinlikləri, özlərini tapmaq üçün keçdikləri yolu və azadlıq anlayışını ekrana gətirir.


Serialın mərkəzində dörd fərqli qadın var: Kerri, şəhərin həyatını hiss edən bir jurnalist, Samantha, sərhədsiz azadlığın simvolu, Miranda, realist və karyerasında mübarizə aparan bir qadın, Şarlot isə romantik və ənənəvi dəyərləri qoruyan bir simadır. Nyu-York isə bu obrazların həyatına dərinlik qataraq onların yol yoldaşı olur.



Serial yalnız emosional hekayələri ilə deyil, həm də modaya olan təsiri ilə də yaddaşlarda qalır. Kerri-nin məşhur Manolo Blahnik ayaqqabıları və Samantha-nın cəsarətli geyim seçkiləri serialın üslubunu simvollaşdırıb.



Serialın ulduzları da ekran xaricində müxtəlif sahələrdə uğur qazandılar. Sara Cessika Parker moda dünyasında mövqeyini möhkəmləndirdi, Sintiya Nikson siyasi aləmdə adını duyurdu, Kim Kattrall cəsarətli rollarla karyerasını zənginləşdirdi, Kristin Devis isə xeyriyyəçilik fəaliyyətləri ilə fərqləndi.




Serialın məşhurlugu dünya üzrə çoxsaylı ölkələrdə yayımlandı, o cümlədən ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya, Almaniya, Fransa, İtaliya, İspaniya, Rusiya, Türkiyə, Braziliya, Yaponiya, Cənubi Koreya, Hindistan və Çin. Serial həmçinin bir çox dilə tərcümə olunaraq geniş beynəlxalq izləyici kütləsinə çatdı.


Əfsanəvi serialın populyarlığı 2008 və 2010-cu illərdə çəkilən iki filmə də ilham verdi. İlk film, Nyu-Yorkun parlaq işıqlarında dostluq və sevgi arasında yeni başlanğıcları izlədi. İkinci film isə, daha geniş bir dünyanı kəşf etməyə çıxan dörd qadının həyatda qarşılaşdıqları çətinlikləri və sınaqları izah etdi. Hər iki film, serialın ruhunu qoruyub saxlayaraq sərhədsiz azadlıq və özünü tapma mövzularını daha geniş bir ölçüdə təqdim etdi.



"Sex and the city"-dən unudulmaz sitatları sizinlə bölüşürük



Sevgidən qorxduğun üçün onu itirməyi seçirsənsə, bu, cəsarətli deyil, sadəcə kədərlidir.” – Kerri Bradşou

Bəzi insanlar cüt olmağ üçün doğulub, bəziləri isə tək qalaraq dünyanı fəth etməyə.” – Samantha Cons

Moda bizim özümüzə dediyimiz yalandıramma necə gözəl yalandır.” – Kerri Bradşou

Dostlar ruhumuzun ailəsidir.” – Kerri Bradşou

bottom of page