Dünyaca məşhur Barbadoslu müğənni Rihanna dekabrın 28-də Nyu-Yorkda kareokedə çıxış edərkən görüntülənib. Pərəstişkarları tərəfindən yayılan videolarda görünür ki, ifaçı özünün "Diamonds" və 2016-cı ildə yayımladığı "Anti" albomundan "Needed Me" və "Sex With Me" mahnılarını səsləndirib. İfaçı Nyu-Yorkdakı "Girls Love Karaoke"də çıxış edib.
People xəbər verir ki, pərəstişkarları karaoke gecəsində öz mahnılarını oxuyan 36 yaşlı Rihannadan həzz alıblar. Bununla yanaşı bəzi fanatlar onun ifasından narazı qalıb.