top of page
Sahil Məmmədov

Safura Əlizadə səssizliyini "Yalanlar" ilə pozdu

Avroviziya təmsilçilərimizdən olan Safura Əlizadə yeni mahnısını təqdim edib.

Bu barədə müğənni rəsmi İnstagram səhifəsində paylaşım edib.

Yeniliyini izləyiciləri ilə bölüşən müğənni həmçinin qeyd edib:

"Bu mahnı həyatdakı gerçəkləri və duyğular arasında gedən mübarizədən bəhs edir. Ümid edirəm ki, bu əsərim sizin ürəyinizə toxunacaq və özünüzdən bir parça tapa biləcəksiniz."


"Yalanlar" adlanan bəstə ifaçının bütün rəqəmsal musiqi platformalarında yayımlanıb.




bottom of page