top of page
Tərlan İskəndərov

Sanremo 2025 iştirakçıları açıqlandı!

Sanremo Musiqi Festivalı 2025-ci ildə də musiqi dünyasının nəbzini tutmağa hazırlaşır! İtalyan musiqisinin ən möhtəşəm və ənənəvi hadisəsi olan bu festival, həm təcrübəli, həm də yeni nəsil ulduzları bir araya gətirərək hər kəsi heyrətləndirməyə davam edir.


Festivalda iştirak edəcək ulduzların siyahısı belədir

1. Akille Lauro

2. Qaya

3. Koma Koze

4. Francesko Qabbani

5. Villi Peyote

6. Noemi

7. Rkomi

8. Moda

9. Roz Villain

10. Brunori Sas

11. İrama

12. Klara

13. Massimo Ranieri

14. Emis Killa

15. Sara Toskan

16. Fedez

17. Simone Kristikki

18. Coan Tiele

19. The Kolors

20. Breş

21. Marçella Bella

22. Toni Effe

23. Elodiya

24. Olli

25. Franceska Mixielin

26. Luçio Korsi

27. Şablo feat. Gue, Coşua, Tormento

28. Serena Brankale

29. Roko Hunt

30. Corca


Qeyd edək ki, Qabbani artıq üçüncü dəfə "Sanremo" səhnəsində olacaq və həmişə olduğu kimi, favoritlərdən biri hesab edilir.


"Sanremo 2025"in ulduzları arasında Avroviziya səhnəsində də tanınan sənətçilər var. Franceska Mixielin (2016), və Akill Lauro (2022, San Marino adına) da bu il özünü sınayacaq.


Festival təkcə İtaliyada deyil, Azərbaycanda da böyük maraqla izlənir. İllərdir "Sanremo" ulduzları ölkəmizdə konsertlər verir və tamaşaçıları öz musiqiləri ilə valeh edir. Bu festival, İtaliya musiqisinin universal cazibəsini göstərməklə yanaşı, mədəniyyətlər arasında körpü yaratmağa davam edir.


"Sanremo 2025" artıq qapıdadır və İtaliya musiqisinin bu möhtəşəm şousu yenidən dünya diqqətini öz üzərinə çəkməyə hazırdır! Hazırlaşın, çünki bu festival yaddaşlardan silinməyəcək.

bottom of page