Bir neçə gün öncə bütün musiqisevərləri birləşdirən tarixi ana—Avroviziya Mahnı Müsabiqəsinə şahid olduq, bir-birindən bacarıqlı, potensiallı 25 ölkə, amma sadəcə bir QALİB.
68-ci Avroviziya Mahnı Müsabiqəsini qazanan İsveçrəni təmsil edən Nemo oldu. Bu gözəl gecədə İsveçin pop ulduzları yer almaqla yanaşı həmçinin Avroviziyanın keçmiş qalibləri səhnədə yer aldılar. Yarımfinallardakı əsasən tufandan sonra gəlin İsveçin bizim üçün hazırladığı “fırtınaya” baxaq.
Bu il Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsini İsveçəsilli müğənni və bəstəkar Byörn Skifs 1968-ci ildə yazılmış "Hooked on a feeling" adlı mahnı ilə açdıqdan sonra İsveçin indiyə qədər dünyada üzərində məşhur olan hitlərinin sədaları altında istirakçıların sıra ilə çıxdığı bayraq paradı başladı.
Növbəti interval aktda İsveçin məşhur disko qrupu Alcazar onlara 2000-ci ildə Amerikada, Yaponiyada, Avstraliyada, Avropada uğur gətirən "Crying at the Discoteque" adlı mahnı ilə çışıx etdilər.
Sıradakı interval aktda İsveçin 1991-ci ildə Avroviziya Mahnı Müsabiqəsindəki qalibi Karol, 1999-cu ildəki qalibi Şarlotte Perelli və Avstriyanın 2014-cü ildəki qalibi Konçita Vörst "ABBA"ya ithafən ehtiram perfomansı olaraq İsveçə 1974-ci ildə İsveçə daha bir qalibiyyət gətirən "Waterloo" mahnısını canlı ifa etdilər.
Və son çıxışın vaxtıdır: Bütün Avroviziya tarixində bu yarışmanı 2 dəfə qazanan yeganə qadın sənətçi Lorin yeni sinqlı olan "Forever" və ona 2023-də qalibiyyət gətirən "Tattoo" mahnısını ifa edərək dəmirdən hazılanmış bir paltarda uçuşan pərdələrin arasında ikonik performans göstərib Avroviziya izləyicilərini coşdurmağı bacardı.
Comments